Azərbaycan XİN: “Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən qardaş-bacılarımızı hörmətlə anırıq”

 

“Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən qardaş-bacılarımızı hörmətlə anırıq”.

Bu fikir Azərbaycanının Xarici İşlər Nazirliyinin (XİN) tvitter hesabında Çanaqqala zəfərinin ildönümü ilə bağlı paylaşımında yer alıb.

“Qardaş Türkiyənin İstiqlal müharibəsi tarixində əsas rola malik, qəhrəmanlıq dastanı Çanaqqala zəfərindən 108 il ötür. Türkiyənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda hər cür fədakarlıq edən, canlarından keçən qardaş bacılarımızı minnətdarlıq və hörmətlə anırıq”, – paylaşımda qeyd olunur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password