O ölkədən tarixi Ərdoğan etirafı: “Peşmanıq, etməməli idik”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verməsi bu ölkə ilə yanaşı, İsveç mediasında da geniş işıqlandırılıb.

Finlandiyanın “Aamulehti Aamulehti” qəzeti baş verənləri “tarixi” adlandırıb.

“Türkiyə parlamentinin Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiya prosesinə başlayacağını elan etməsi ilə Prezident Rəcəb Tayyib Ərdoğan tarixi və böyük bir addım atdı”, – məqalədə deyilir.

Prezident Ərdoğanın İsveçi gözləmədə saxladığını bildirən qəzet bu nöqtədən sonra Finlandiya və İsveçin NATO-ya doğru ortaq yollarının ayrılacağına diqqət çəkib.

“Etelä-Suomen Sanomat” qəzeti də bu haqda yazıb: “Finlandiyanın NATO yolu açıldı, amma İsveç geridə qaldı”.

“Svenska Dagbladet News” saytı Ərdoğanın addımının İsveç üçün “soyuq duş” olduğunu qeyd edərək, bu ölkənin NATO üzvlüyünün gecikdirilə biləcəyini vurğulayıb.

İsveçin dövlət telekanalı SVT də analoji etirafda bulunaraq, Türkiyənin qərarının bu ölkə və Finlandiya arasında əməkdaşlığın ayrılması demək olduğunu iddia edib. SVT öz süjetinə professor Kayell Engelbrektin şərhini də əlavə edib: “NATO-ya üzvlük bir ilə qədər gecikərsə, İsveç təhlükəsizlik siyasətinin böyük bir hissəsini yenidən müəyyən etməli olacaq”.

“Dagens Nyheter” qəzeti isə “İsveç Ərdoğanın gözləmə zalında tək qaldı” ifadəsinə yer verib:

“Hətta sağçı partiyalar belə peşmançılıq hissi keçirirlər. İsveçin ifadə azadlığının mühüm bir hissəsi kimi Quranın yandırılmasının müdafiə edilməsi hazırda NATO-ya üzvlük yolunda maneə kimi dayanır. Bizə indi məlum olur ki, İsveç üzvlük üçün uyğunlaşmalıdır”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password