Subsidiya kartlarında yaranan qalıq vəsaitlər kimlərin işinə yarayır?
Bir sıra bölgələrdə kart alveri gedir.Böyük təsərrüfat sahibi olan toxumçu fermerlər kartlarında olan məbləğləri bəzən nəğdiləşdirmək məqsədilə 50 faizlik sövdələşməyə razı olurlar.
Əldə etdiyimiz məlumata görə,bir sıra rayonlarda o cümlədən qərb bölgəsində istifadəsi gübrə alışı üçün nəzərdə tutulan kartlarda olan vəsait 50-50% nisbətində nəğdiləşdirilə də bilinir.Burada kartdakı vəsaiti alan və ya bunu ikinci şəxsin əli ilə əldə edən tərəfin gəlir əldə etməsi istisna edilmir.
Azot və digər gübrə fermerə,islahat torpaq sahiblərinə dövlət qiymətinə satılırsa,buradan müdiriyyətə (“Aqroservis” yerli bölmə rəhbərləri nəzərdə tutulur) gəlir qalmır.Say hesabı alınan və anbara mədaxil edilən gübrənin satış zamanı dövlət qiyməti sistemə vurulandan sonra alan tərəfə verilir.Amma böyük toxumçu fermerlərə,islahata gedən torpaq sahiblərinə azot,şumaltı gübrələr və digər dərman növləri verilməyəndə və ya gecikdiriləndə başqa-başqa şəxslərə satıla bilir.
Alınan kartdakı məbləğ bu zaman istifadə edilə bilir.Məsələn,böyük təsərrüfat sahibi hesab edilən toxumçu fermer kənd təsərrüfatlı təyinatlı kartından çıxardıb xərcləyə bilmədiyi 4000 AZN vəsaiti nağd 2000 AZN-ə satır.Yəni bayaq yuxarıda qeyd etdiyimiz kimi 50-50% nisbətinə.Kartları alan tərəf isə istənilən şəxsə digər tərəfdən nəğdi pula satdığı gübrə və dərman peraparatlarına görə sistemə oturdulacaq gübrənin pulunu,yəni anbar qalığını aldığı kartdakı 4000 AZN-dən bağlayır.Alınan kartdakı ümumi məbləğ “realizə” olunada kartı alan tərəf 2000 pul qazanmış olur.Nəticədə kartı satan və alan tərəfin hər ikisi 50-50% nisbətində qazanclı çıxırlar.
Belə kartlardakı məbləğlər isə taxıl subsidiyasının verildiyi dövrdə yaranır.NECƏ?
Bildiyiniz kimi,1 hektar buğda sahəsinə görə 220 AZN subsidiya verilir.Normalda bir şəxsə düşən torpaq sahəsini 0,37 hektardan götürsək, 0,37×220=81AZN edir. Bu məbləğin 25%-i, yəni 20 manatı kart üzərindən nəğd çıxarılır.Subsidiyanın 0,37 hektara görə verilən 75%-i isə gübrə şəklində verilir. Deməli,yuxarıda qeyd etdiyimiz 81-20=61AZN.
Subsidiya kartında olan 61 manata isə yaxşı halda1azot gübrəsi düşür.Kartda 20 AZN qalıq qalır.
Kartlarda qalan vəsaitlərdən isə məbləğlər yaranır və bunlardan da kimlərsə bəhrələnir,bir çox fermerlər,islahata gedən torpaq sahibləri gübrəni vaxtında alıb, torpağa səpib yüksək məhsuldarlıq əldə edə bilirlərmi? / faktinfo.az