Simonyandan Paşinyana: O, Rusiyaya nifrət edir və Putini aldadır

 

Dəhliz haqqında heç vaxt heç nə deməmişəm. Şəxsən Paşinyan haqqında danışmışam və danışacağam. O, erməni xalqına xəyanət edib, sata biləcəyi bütün erməni maraqlarını satıb. Sata bilmədiklərini də satacaq. O, Rusiyaya nifrət edir və Putini aldadır.

Bu sözləri “Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan Ermənistan Baş naziri Nikol Paşinyanın sözlərinə cavabında deyib.

O bildirib ki, məhz bu sözlərinə görə onun Ermənistana girişi qadağan edilib.

Simonyan əlavə edib ki, bu qadağa onu elə də narahat etmir.

Qeyd edək ki, erməni jurnalistlər Aram Qabrelyanov və Marqarita Simonyan, habelə rusiyalı siyasətçi Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulub. Onlar arzuolunmaz şəxslər siyahısına salınıblar.

Ötən gün isə bu qadağa barədə danışan Paşinyan bildirib ki, Ermənistanın özünə hörmət gözləmək hüququ var və İrəvanın dəhliz söz verməsi, bunu təmin etməli olduğunu deyənlər məhz arzuolunmaz şəxslər siyahısına daxil ediliblər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password