Bayram süfrəsi bir ailəyə neçəyə başa gəlir? – QİYMƏTLƏR

 

Yazın müjdəçisi adlandırılan Novruz bayramına sayılı günlər qalıb. Demək olar ki, şəhərdəki hər bir evdə bayram ab-havası hiss olunur. Bolluq, bərəkət rəmzi olan Novruz bayramını hər kəs layiqincə keçirmək istəyir. Bayramın atributları olan şəkərbura, paxlava, qoğalın ətri hər bir evdən gəlsin, bayram süfrələrinin şahı qaralı aş dəmlənsin. Təbii ki, bütün bu hazırlıqlar üçün əvvəlcə Novruz alış-verişi etmək lazımdır. Heç kəsə gizli deyil ki, bayramlara az qalmış marketlərdə ərzaq qiymətləri süni artırılır. 

Bəs, bunları nəzərə alaraq bayram süfrəsi bir ailə üçün neçəyə başa gəlir?

Əməkdaşımız hazırkı bazar qiymətləri ilə maraqlanıb.

Mağazalarda bayram izdihamı hiss olunur. Kimisi qoz, fındığın qiymətini soruşur, kimisi bahalaşmadan şikayətlənir…

Qiymətlər isə belədir:

Qoz  – 4 manat – Ləpəsi – 14-15 manat, fındıq 7 manat – Ləpəsi – 13.70, qovrulmuş fındıq ləpəsi – 14.50, 16.50, araxis – 3.80, badam – 9.50, badam ləpəsi – 22 manat, şabalıd – 8 manat, iydə – 6 manat, xurma – 10-14 manat, innab – 6.99, albuxara – 7 manat,qaysı – 12.99, y

Yarmarkada meyvə-tərəvəzin qiyməti isə belədir:

Armud – 1 manat, portağal – 2 manat, kivi – 2.50, alma – 1 .50, 1.60, naringi – 2.50, heyva – 2 manat,qreypfrut – 2.30, banan – 3 manat,badımcan – 1.80, çuğundur – 80 qəpik, kartof – 1 manat – 1.10, soğan – 60 qəpik, 1 kq sarımsaq – 4 manat, 1 ədədi 40 qəpikdir

Maraqlısı isə odur ki, ötən illərdə hər yerdə fərqli bəzəkdə səmənilər olsa da, bu il səmənilər azlıq təşkil edir.

Beli qırmızılı bahar simvollarının orta hesabla birinin qiyməti ən balacası 1 manata, ən böyüyü isə 12 manatdır.

Bu bayramın ən gözəl adət idi ki, hər evdə xanımlar yığışaraq bayram şirniyyatı bişirərdilər. Necə deyərlər, müasirləşən zamanla bərabər bu adətlər də getdikcə itir. Son illər demək olar ki, əksər xanımlar müxtəlif səbəblərdən dolayı bişirmək əvəzinə satın alırlar. Elə onların da qiymətləri ilə maraqlandıq.

Belə ki, 1 kq paxlava – 25-30 manat, şəkərburanın 1 ədədi -1.50 – bəzəkli isə 2 manat, şirin və şor qoğal – 1.20 manat

Badambura – 1.50  manat, 1 kq tort isə – 17 manatdan başlayır.

Bayram süfrəsinin şahı plovun və digər xörəklərin hazırlanacağı ərzaqların qiymətləri isə aşağıdakı kimidir:

1 kq düyü 8-10 manat, yumurta – 19 qəpik, kənd yumurtası – 30 qəpik, 1 kq kərə yağı – 19-20 manat,1 l duru yağ – 4-9 manat,1 kq mal əti – 13-15 manat,1 kq quzu əti – 15-17 manat, toyuq – 6-7 manat, şokolad – 10 – 18 manat, meyvə şirələri – 2-3 manat

Bu sadaladıqlarımızı təqribi hesablayaraq belə bir nəticəyə gəldik: Novruz bayramına alış-veriş etmək üçün bir ailəyə təxminən 250-300 manat lazımdır. Qədim inanclara görə bayram süfrəsinin bol olması qarşıdan gələn ilin bolluq içində keçməsinə bir işarədir. Süfrəniz tək bu bayram yox, bütün günlərdə bolluq və bərəkət içərisində olsun./lent.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password