Azərbaycan iqtisadiyyatında artım proqnozu açıqlandı

 

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan iqtisadiyyatında 2,5 faiz səviyyəsində artım proqnozlaşdırır.

Bu barədə AYİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Kamola Mahmudova deyib.

Onun sözlərinə görə, bank mütəxəssisləri gələn il Azərbaycan iqtisadiyyatında 2,7 faiz artım gözləyirlər.

“Bank neft-qaz sektorunun inkişafına, xüsusən bərpa olunan enerji mənbələri, “yaşıl” iqtisadiyyat sahəsində layihələrə xüsusi önəm verir. Misal üçün, 2022-ci ildə AYİB Azərbaycanda tullantıların emalı zavodunun tikilməsi və Gəncə şəhərində işıqlandırma sisteminin yenilənməsi haqqında razılaşma əldə edib. Biz həmçinin Aztelekomla 280 min abunə üçün internet infrastrukturunun yaradılması haqqında razılaşma əldə etmişik. Bu layihənin dəyəri 50 milyon dollar təşkil edir. Kredit hər biri 25 milyon dollar olmaqla iki qoldan ibarət olacaq. AYİB özəl sektorda yerli təşkilata tullantılardan batareya istehsal etməkdə köməklik göstərəcək”, – K.Mahmudova deyib.

O həmçinin bankın Azərbaycanda startap müsabiqəsini tətbiq etdiyini və burada üç Azərbaycan şirkətinin hər birinin 50 min avro dəyərində qrant əldə etdiyini qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password