Qarabağ “açar”dır, əl çəkməyəcəyik – Rus ekspert açıq dedi

 

Rusiyasız Ermənistanla Azərbaycan arasında sülh yarana bilərmi? Moskvanın iştirakı olmadan Cənubi Qafqazda regional nizam mümkünmü?

Bu sualları öz Teleqram kanalında rusiyalı politoloq Sergey Markedonov verib və bu cür cavablandırıb:

“1. Qarabağda yeni silahlı insidentlər. Stavka qalxır. Ultimatumların bu istiqamətdə yeni taktika olmamasına baxmayaraq, aydındır ki, bunlar güclə dəstəklənəndə risk çoxalır.

2. Rusiya üçün Qafqazın bu nöqtəsi xüsusi əhəmiyyət kəsb edir. Onu “açar” adlandırmaq belə şişirtmə deyil. Baş moderator rolunun qorunub saxlanması (hətta Qərblə artan rəqabət və Türkiyə ilə “rəqabət tərəfdaşlığı” şəraitində) Moskvaya həm Ermənistan, həm də Azərbaycana təsir imkanlarını təmin edir. Sülhməramlıların Qarabağdan çıxarılması avtomatik olaraq Gümrüdən bazanın çıxarılmasına gətirib çıxaracaq. Bu, İrəvanın Qərbə yönləndirilməsidir. Nəzərə alın ki, ən azı iqtisadi cəhətdən Azərbaycan artıq Qərb layihələrinə əhəmiyyətli dərəcədə inteqrasiya olunub.

3. Rusiyanın “eyni məsafədə” qalmasını bəziləri “lənət” adlandırır, bəziləri isə vacib resurs. Aydındır ki, o, qazanc gətirdiyi kimi Moskvanı bir çox azimutlarda məhdudlaşdırır. Ancaq Moskvanın Bakı və İrəvan arasında “final seçimi” etməsi doğru deyil. Variantlar ola bilər, ancaq yaxşısı onlardan qaçmaqdır. Mümkün neqativ ssenariləri rəqiblərimizə təklif etmək istəmirəm. Amma prinsipcə onlar “açıq sirr”dir. Lakin onu da nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistan və Azərbaycana təsirini itirməsi Moskva üçün Gürcüstanda yaranmış müsbət tendensiyaların dondurulmasına gətirib çıxaracaq. Aydın məsələdir ki, Türkiyənin bütün platformalarda (təkcə Qafqaz deyil, Suriya və Ukrayna) səsi daha çox çıxacaq. Beləliklə, “Qarabağ açarı” uğrunda mübarizə aparmaq vacibdir – minimum itki və maksimum fayda ilə.

4. Rusiyasız Ermənistan və Azərbaycan arasında sülh mümkündürmü? Cənubi Qafqazda Moskvanın iştirakı olmadan regional sahman ola bilərmi? Beynəlxalq siyasətdə hər şey mümkündür. Tarixdə elə dövrlər olub ki, Rusiya müxtəlif formalarda Qafqazda ümumiyyətlə olmayıb və ya orada minimal mövcud olub. Nəzərə alaq ki, Balkanlar Rusiyanın xüsusi iştirakı olmadan sülh bağladılar.

Ancaq bu absenteizmin nəticəsi təhlükəlidir – ona görə yox ki, Kremlin guya “imperiya ambisiyalarına” zərbə vuracaq. Rusiya özü – Qafqaz supergücüdür, bunu bir an da olsun unutmaq olmaz. Buna görə də Cənubi Qafqazın məsuliyyəti Moskva üçün xüsusidir.

Burada həm də emosional-psixoloji vəziyyət də var. İstənilən ölkənin yaxın qonşuluğunda təhlükəsizliyə xüsusi münasibəti var. Qərb potensial sülhməramlı kimi Qafqaz regionunda fəaliyyət göstərirlər və göstərəcək – uzaq periferiyada olduğu kimi – qışqırmadan, mızıldanmadan, sağ olsunlar. Təfərrüata və nüanslara varmaq Rusiyanın səlahiyyətidir. Bu gün (və dünən) bu yüksək səviyyəyə biz özümüz uyğun gəlirik. Amma heç olmasa, uyğunluğun zəruriliyini bəyan edirik”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password