Bu gün şəhid olan zabitimiz…

 

Bu gün şəhid olan baş leytenan Şəhriyar Ramiz oğlu Əlibəyli 1994-cü ildə anadan olub.

Sosial şəbəkələrdə yayılan məlumata görə, o, əslən Qəbələ rayonunun Vəndam qəsəbəsindəndir. Yasamalda, Badamdar qəsəbəsində yaşayıb.

2012-ci ildə Bakıda, Badamdardakı 236 nömrəli tam orta məкtəbi bitirib. Azərbaycan Ali Hərbi Məкtəbindən məzun olub.

2020-ci ildə İкinci Qarabağ müharibəsinin iştirakçısı olub. “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad edilməsinə görə” və “Vətən müharibəsi iştiraкçısı” medalları ilə təltif olunub.

Ailənin tək övladı idi. Ailə qurmamışdı.

Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Qarşı tərəfdən atəş açılıb. Nəticədə Ordumuzun iki əsgəri – Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Erməni separatçıların 3 zabiti məhv edilib, bir nəfər isə yaralanıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password