Milli Məclisin Komitə sədri və üzvləri “Təmiz Şəhər” ASC- nin təsərrüfat sahələrində olublar

 

Dünən Milli Məclisin Təbii Ehtiyyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov və üzvləri Əliabbas Salahzadə, Məşhur Məmmədov, İltizam Yusifov və Anar Məmmədov ilə birlikdə Bakı şəhərində tullantıların idarə edilməsi və təkrar emal prosesi ilə tanışlıq məqsədi ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təsərrüfat sahələrində olublar.

İdarə Heyətinin sədri Etibar Abbasov millət vəkillərinə Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edən fəaliyyətlərin uğurlu nəticələri haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Bakı bərk məişət tullantılarının yandırılması zavodu, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu və Balaxanı Sənaye Parkı ötən müddət ərzində Bakı şəhərində əmələ gələn bərk məişət tullantılarının düzgün idarə edilməsinə əlverişli imkan yaranıb.

Bakı bərk məişət tullantılarının yandırılması zavodunda keçirilən görüşdə il ərzində “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təhvil verilən 800 min tona qədər bərk məişət tullantılarının 500 min tona qədərinin bu zavodda yandırılaraq zərərsizləşdirildiyi, nəticədə 200 milyon kilovat/saata qədər elektrik enerjisi istehsal edildiyi nəzərə çatdırılıb.

Həmçinin qonaqlar Balaxanı Sənaye Parkında rezidentlərin fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, Sənaye Parkında təkrar emalla məşğul olan rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad edilir. Eyni zamanda, istehsal məqsədilə idxal edilən texnoloji avadanlıqlar 10 il müddətinə ƏDV-dən, 7 il müddətinə isə idxal rüsumundan azad olunur. Əlavə edilib ki, hazırda Sənaye Parkında 1000-dən çox işçi çalışır.

Ötən dövr ərzində sahibkarlar tərəfindən 51,3 milyon manat investisiya qoyulan Sənaye Parkında 157 milyon manat dəyərində istehsal edilən məhsulun 18 milyon manat həcmində olan hissəsi xarici ölkələrə ixrac edilib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə millət vəkilləri ekoloji mühitin sağlamlaşdırılmasına xidmət edən və yaşıl iqtisadiyyatın genişləndirilməsinə şərait yaradan belə müəssisələrin fəaliyyətinin daha da genişləndirilməsinin zəruri olduğunu qeyd ediblər. Həmçinin vurğulanıb ki, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə üçün təkrar emal hazırda ən səmərəli fəaliyyətdir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password