ABŞ taxıl sazişinin uzadılması və genişləndirilməsinə çağırıb

 

ABŞ müddəti martın ikinci yarısında bitən Ukraynadan taxıl ixracı üzrə razılaşmaların uzadılması və genişləndirilməsindən yanadır.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi növbəti brifinqdə bildirib.

“Taxıl sazişi qlobal ərzaq qiymətlərinin azalmasına yol açdı. Biz Rusiyanı razılaşmaların uzadılmasına, yekunda isə anlaşmaların genişləndirilməsinə razılaşmağa çağırırıq”, – o deyib.

Xarici siyasət idarəsinin sözçüsü Ukraynanın bu həftənin əvvəlində taxıl sazişinin uzadılması ilə bağlı danışıqlara başlamaq təklifi ilə Türkiyəyə və BMT-yə müraciət edib-etməməsi sualına cavab verməyib.

Qeyd edək ki, ötən ilin iyulunda BMT və Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən Qara Dəniz Taxıl Təşəbbüsü Ukraynanın üç limanından taxıl ixrac etməyə imkan verib. Saziş noyabrda uzadılıb və uzadılması ilə bağlı razılıq əldə olunmasa, martın 18-də başa çatacaq.

Razılaşmaya əsasən, Ukrayna ayda 3 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edir.

Fevralın 15-də Ukrayna Xarici İşlər Nazirliyi və İnfrastruktur Nazirliyi Rusiyanı “taxıl dəhlizi”nin işini pozmaqda ittiham edib.

Xatırladaq ki, oktyabrın sonu – noyabrın əvvəlində Rusiya Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmaqla hədələyib və orada iştirakını dayandırdığını elan edib, ancaq sonda fikrini dəyişərək “taxıl sazişi”nə qayıdıb. Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın guya üzərinə bəzi yeni öhdəliklər götürməsi ilə bağlı bəyanatını təkzib edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password