İrəvan bu tarixdə “Yerevan”a çevrildi – Foto
SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1936-cı ildə İrəvan şəhərinin adının dəyişdirilməsi ilə bağlı sənədi ortaya çıxıb.
Sənəddə SSRİ-nin bir sıra subyektlərində ad dəyişikliyi öz əksini tapıb.
Dəyişikliyə əsasən, İrəvan şəhərinin həmin tarixdən etibarən Yerevan adlandırılıb.
Siyahıda qədim Tiflis şəhərinin də adı yer alıb. Şəhər məhz 1936-cı ildən sonra Tbilisiyə çevrilib. Gürcüstanın Borjom şəhəri də dəyişikliyə məruz qalaraq Borjomi olub.
Bundan başqa, Abxaziyanın Batum, Acarıstanın Suxum şəhərləri də Batumi və Suxumi adlandırılıb.