Rusiya bir ildə müharibəyə nə qədər pul xərcləyib? – ŞOK RƏQƏMLƏR
Ukraynada 12 aylıq müharibə zamanı nəinki çoxlu sayda rus əsgəri həlak oldu, hətta bütün ordular məhv edildi. Onilliklər ərzində təlim keçirən ordu itirilib. Artıq Rusiyanın bir il əvvəl Ukraynaya qarşı genişmiqyaslı hücuma başlayan qoşunları yoxdur. Onlar yeni səfərbər edilmişlərlə, keçmiş məhbuslarla və anbardan çıxarılan köhnə avadanlıqlarla əvəz olunub. Yenilməz “dünyanın ikinci ordusu” mifi məhv edilib.
Bunu “Forbes” yazıb.
“Forbes”ın hesablamalarına görə, Rusiya müharibəyə bir ildə 114,4 milyard dollar (ayda təxminən 10 milyard dollar) xərcləyib. Bu, 2021-ci il üçün Rusiya büdcəsinin bütün gəlirlərinin üçdə birini təşkil edir.
Bu məbləğə yalnız müharibənin birbaşa xərcləri daxildir, Rusiyanın sanksiyalardan və iqtisadi təcriddən məruz qaldığı iqtisadi və dolayı itkiləri nəzərə almır.
114,4 milyardın böyük hissəsi ordunun təminatına xərclənib – bir ildə 36 milyard dollar. Hərbçilərin maaşı 24,7 milyard dollar olub. Rusiya hökumətinin ölənlərə və yaralılara ödədiyi təzminatın məbləği isə hətta maaşların məbləğini üstələyib – 29,1 milyard dollar.
Ölən hər bir rus əsgərinin (fevral 23-nə olan məlumata görə 145 850 nəfər)ailəsinə 7,4 milyon rubl təzminat ödənir (təxminən 110.000 ABŞ dolları). Yəni müharibənin birinci ilində həlak olan ruslara verilən təzminatın ümumi məbləği 1 trilyon rublu ötür.
Ətraflı
Eyni zamanda, Rusiya üçün canlı qüvvə itkisi fəlakətli həddə çatıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, 2023-cü il yanvarın 24-dən fevralın 24-dək 23 680 rusiyalı döyüş meydanlarında məhv edilib. Bu, ötən ilin yayında Rusiya Federasiyasının orta itkilərindən dörd dəfə çoxdur.
Bundan əlavə, Rusiya Avropanın ən böyük zirehli hərbi birləşməsini – Birinci Tank Ordusunu ititib. Ümumilikdə müharibə başlayandan bəri 3350 rus tankı məhv edilib. Eyni zamanda, “The Military Balance”in məlumatına görə, işğalın əvvəlində Rusiyada cəmi 3330 tank var idi. Açıq mənbələrə görə, bu müddət ərzində Rusiya 1800-ə qədər tankı yenidən açıb-yığa bilərdi. Eyni zamanda, bütün ən yaxşı nümunələr dərhal cəbhəyə göndərilib.
Rusiyanın müharibə başlayandan bəri itirdiyi təyyarələrin ümumi dəyəri artıq təxminən 6,5 milyard dollardır. Məhv edilmiş helikopterlər daha 3 milyard dollara başa gəlib.
İşğalın əvvəlində Rusiya Federasiyasında 2727 uzaqmənzilli qanadlı və ballistik raketlər, həmçinin 8500-dən çox yaxın mənzilli raket (200 km-ə qədər) olub. 12 ay ərzində Rusiya ordusu 4000-dən çox raketdən istifadə edib. Son aylarda atış sürəti demək olar ki, iki dəfə azalıb – ayda 250-300 raketdən 110-180 raketə qədər.
Genişmiqyaslı müharibənin ilk doqquz ayında Rusiya Federasiyası ayda 80 raket istehsal edib. İndi isə maksimum 40 raket istehsal olunur. Bu göstərici Rusiyaya müntəzəm olaraq kütləvi raket hücumları həyata keçirməyə imkan vermir. Bununla belə, yəqin ki, onların ehtiyatında hələ də təxminən 1100-1300 uzaqmənzilli raket var. /qaynarinfo.