Rus təyyarəsini Minskdə kim partladıb? – Azarovdan iddia
Belarusun paytaxtı Minsk şəhərindən 12 kilometr aralıda yerləşən Maçulişçi hərbi hava limanında baş verən partlayış nəticəsində Rusiya Aerokosmik Qüvvələrinin A-50U desant təyyarəsi ciddi zədələnib.
Belarus mediası təxribata görə məsuliyyəti belaruslu partizanların öz üzərinə götürdüklərini yazır.
BYPOL adlı QHT-nin rəhbəri Aleksandr Azarov bildirib ki, təhlükəsizlik qüvvələrinin həbs etməyə çalışdığı diversantlar artıq Belarusu tərk ediblər.
“Əməliyyat iştirakçıları belaruslardır, “Pobeda” planının iştirakçılarıdır, indi ölkə sərhədlərini tərk ediblər”, – Azarov deyib.
Onun sözlərinə görə, partlayış əməliyyatı bir neçə ay ərzində hazırlanıb.
Rusiya Aerokosmik Qüvvələrində cəmi 9 belə təyyarə var. Bir təyyarənin dəyəri 330 milyon dollardır.