Təhlükəli işbirliyi: “İranın hədəfi budur, Rusiya da ona kömək edir”

 

Rusiyanın Ukraynaya qarşı müharibəsinə İranın dəstəyi genişlənir. Bunun müqabilində Rusiya Tehranı döyüş təyyarələri ilə təmin edə bilər.

Bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Kirbi deyib.

ABŞ rəsmisi qeyd edib ki, İran bir neçə aydır Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyir:

“İran noyabr ayında Ukraynada istifadə üçün Rusiyaya artilleriya və tank mərmiləri göndərib. Rusiya daha çox hərbi texnika əldə etmək üçün İranla əməkdaşlığı genişləndirməyi planlaşdırır”.

Kirbi bildirib ki, İran həmçinin Rusiyadan hücum helikopterləri, radarlar və təlim-döyüş təyyarələri əldə etməyə çalışır: “İran Rusiyadan milyardlarla dollar dəyərində hərbi texnika almağa ümid edir.

Qırıcıların növləri və onların təhvil verilmə vaxtı barədə soruşulduqda Kirbi qeyd edib: “İndi deyə biləcəklərim bu qədərdir. Nə baş verdiyini görmək üçün prosesi çox yaxından izləyəcəyik”.

Kirbi əlavə edib ki, İran-Rusiya hərbi müttəfiqliyi təkcə Ukraynada yox, həm də Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini çətinləşdirə bilər. ABŞ rəsmisi vurğulayıb ki, İran Yaxın Şərqdə hərbi gücünü artırmaq üçün Rusiyanın hərbi imkanlarından yararlanmağa çalışır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password