“Mançester Siti” qələbəni əldən verib, “İnter” “Portu”ya qalib gəlib
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk matçlara yekun vurulub.
Son oyun günündə də iki qarşılaşma baş tutub.
Turnirin favoritlərindən hesab olunan İngiltərənin “Mançester Siti” klubu Almaniyada “Leyptsiq”in qonağı olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb.
Digər oyun isə İtaliyada “İnter” və Portuqaliyanın “Portu” komandası arasında keçirilib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
22 fevral
00:00. “Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) – 1:1
Qollar: Yoşko Qvardiol, 70 – Riyad Mahrez, 27
Baş hakim: Serdar Gözübüyük (Niderland)
Leyptsiq, “RB Arena”
00:00. “İnter” (İtaliya) – “Portu” (Portuqaliya) – 1:0
Qol: Romelu Lukaku, 86
Qırmızı vərəqə: Otavio, 78 (“Portu”)
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Milan, “San Siro” stadionu
Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında “Milan” İtaliyada İngiltərə “Tottenhem”inə, Almaniya “Bavariya”sı Fransada PSJ-yə, Dortmund “Borussiya”sı Almaniyada İngiltərənin “Çelsi” klubuna 1:0, Portuqaliya “Benfika”sı Belçikada “Brügge”yə, İtaliya “Napoli”si Almaniyada “Ayntraxt”a 2:0, İspaniya “Real Madrid”i isə İngiltərədə “Liverpul”a 5:2 hesabı ilə qalib gəlib.