Putin: “Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət ayıracaq”

 

“Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə xüsusi diqqət ayıracaq”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Federal Məclisinə müraciətində deyib.

Onun sözlərinə görə, bu nəqliyyat dəhlizi Hindistan, İran və Pakistan ilə əlaqələr baxımından imkanlar açır.

“Biz Qara və Azov dənizlərinin limanlarını inkişaf etdirəcəyik. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə xüsusi diqqət ayırırıq və bundan sonra da ayıracağıq. Bu il suya oturma dərəcəsi azı 4,5 metr olan gəmilər Volqa-Xəzər kanalından keçə biləcək. Bu, Hindistan, İran, Pakistan, Yaxın Şərq ölkələri ilə işgüzar əməkdaşlıq baxımından yeni marşrutlar açacaq. Bu dəhlizi bundan sonra inkişaf etdirməyə davam edəcəyik”, – Putin bildirib.

Putin Rusiyanın perspektivli xarici iqtisadi əlaqələri genişləndirəcəyini və yeni logistik dəhlizlər quracağını əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password