Milli çempionatlarda ən çox qol vuran futbolçular açıqlanıb

 

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) yüksək liqalarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

Siyahıya əfsanəvi braziliyalı Pele başçılıq edir.

Mərhum hücumçu Braziliya və ABŞ çempionatlarında ümumilikdə 604 qol vurub. Onu 573 topla niderlandlı Abe Lenstra izləyir. İlk “üçlüy”ü digər braziliyalı Romario qapayır.

Karyerasını davam etdirən Kriştianu Ronaldu və Lionel Messi reytinqdə müvafiq olaraq 6-7-ci pillələrdə qərarlaşıblar. Portuqaliyalı yüksək liqalarda 503, argentinalı isə 491 dəfə fərqlənib.

Qeyd edək ki, milli liqalarda ən çox qol vuran futbolçu almaniyalı Ervin Helçman olsa da, o, siyahıya salınmayıb. Oyunçu 1923-1951-ci illərdə Almaniyanın müxtəlif liqalarında 713 qol vurub. Lakin Helçmanın dönəmində çempionatının strukturu çox mürəkkəb və çoxmərhələli olub və Almaniyanın regional turnirləri hesab edilib.

Futbolçu Ölkəsi Oynadığı illər Qol
1 Pele Braziliya 1957-1977 604
2 Abe Lenstra Niderland 1937-1960 573
3 Romario Braziliya 1985-2007 544
4 Jozef Biscan Avstria 1931-1955 515
5 Ferens Puşkaş Macarıstan, İspaniya 1943-1966 515
6 Kriştianu Ronaldu Portuqaliya 2002- 503
7 Lionel Messi Argentina 2004- 491
8 Roberto Dinamite Braziliya 1971-1992 476
9 Fernando Peyroteo Portuqaliya 1937-1949 464
10 Uve Zeeler Almaniya 1954-1978 447
11 Eysebio Portuqaliya 1957-1978 422
12 İmre Şlosser Macarıstan 1905-1928 417
13 Qyula Şengelyer Macarıstan 1935-1952 416
14 Cimmi Makqrori Şotlandiya 1922-1937 409
15 Gerd Müller Almaniya 1964-1981 405
16 Ziko Braziliya 1971-1994 400

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password