Pəhləvi Azərbaycanı təmsil edə bilməz – Kəmrani

 

Münhen Təhlükəsizlik Konfransına bu dəfə İran rəsmiləri dəvət olunmadı. Bu onu göstərir ki, İranı iqnor edirlər. Konfransda İrana dair bəzi məsələlər müzakirə olundu. Əsas müzakirə predmeti İranın nüvə silahı, Ukraynadakı müharibədə PUA-ları göndərməklə Rusiyaya yardım etməsi və ölkədəki etirazlar idi. Bu konfransa İranla barəbər Rusiya da dəvət olunmayıb. Bununla da həm Rusiyaya, həm də İrana münasibət ortaya qoyuldu.

Bu sözləri (Güney) Azərbaycan Mərkəz Partiyasının üzvü Elyar Kəmrani Münhen Konfransı ilə bağlı danışarkən deyib.

O bildirib ki, İranın Rusiyaya yardımı Qərb ölkələrini çətin vəziyyətdə qoyub:

“Avropa Birliyi, açıq desək, İranla alverdədir. Rejimin dəyişməsini istəmir. Onlar İranı masa arxasına gətirib, danışmaq istəyirlər. Əsl məsələ budur ki, orada gedən danışıqlarda etirazlardan daha çox, nüvə proqramı və Ukrayna məsələsinin müzakirəsi diqqət çəkdi. Bu isə onu göstərir ki, Qərb İranın nüvə məsələsinə görə daha çox narahatdır, nəinki İrandakı qeyri-demokratik sistemdən”.

Konfransa Mərkəz Partiyasının dəvət almadığını deyən Elyar Kamrani müxalifət nümayəndəsi kimi Rza Pəhləvinin olmasının daha çox diqqət çəkdiyini bildirib:

“Rza Pəhləvi bütün İran müxaliflərinin nümayəndəsi sayılmaz. Onu konfransa dəvət etmələri bəzi güclərin tövsiyəsi ilə baş tutub. Bu isə Qərbin İranın daxilindəki reallıqdan nə qədər xəbərsiz olduğunu göstərir. Pəhləvini dəstəkləməklə yalnız İranın bir qisminə təzyiq göstərə bilər, amma hamısına təzyiq edə bilməz. İranda əksəriyyət Pəhləvinin ordakı iştirakından narazıdır. Buna da etiraz edirlər. O, İrandakı narazıların hamısının adından danışa bilməz”.

O, həmçinin, İranda yaşayan xalqların haqlarının konfransda müzakirə mövzusu olmadığına toxunub:

“Oradakı danışıqlarda İranda yaşayan millətlərin haqqı ilə bağlı müzakirələr yox idi. Onların da təbii haqları, aktiv fəaliyyətləri və mübarizləri vardır. Bunları nə Qərb görür, nə də Pəhləvini dəstəkləyən güclər. Pəhləvi səltənətçiləri və bir sıra insanları təmsil etdiyi üçün onu alternativ olaraq görmürük. Qərbin İrandakı qeyri-fars millətlərin haqqına hörmət etmir. Hətta konfransda da bütün söhbətlər oldu, lakin qeyri-farsların haqqından danışılmadı. Pəhləvi əvvəlki çıxışlarında danışdığı kimi, ancaq ümumi olaraq, birlikdən söz açırdı. Birlik isə yalnız öz yaxınları və müşavirləri ilə deyil, bütün spektirlərlə, hər kəslə ola bilər. Mediadan və konfransdan izlədiyim qədəri ilə onun bir kəlməsində Cənubi Azərbaycan sözü yox idi. Əslində onların etiqadlarında Cənubi Azərbaycanın mənası yoxdur. Nə onlar bizi, nə biz onları rəsmi olaraq tanıyırıq. Keçən illərdə ondan ana dilində təhsil ilə bağlı fikrini soruşanda, məsxərə və zarafat adlandırdı. Bəziləri deyir ki, onun anası azərbaycanlıdır, o bizə yardım edər. Yox, onun anası nə qədər azərbaycanlıdırsa, bir o qədər də Xamenei türk sayıla bilər. İkisinin də Azərbaycana necə xəyanət etdikləri hər kəsə bəllidir”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password