Qərbdən yeni təklif: Azərbaycan və Gürcüstan razı oldu, Ermənistan isə…

 

“Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi və Qərb tərəfindən Cənubi Qafqaz regional formatına qarşıdır”.

Bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert region ölkələri ətrafındakı son gəlişmələrə diqqət çəkib:

“Münxendə keçirilən konfransın təşkilatçıları və moderatorları Cənubi Qafqaz ölkələrinin – Azərbaycan, Gürcüstan və Ermənistan liderinin iştirakı ilə müzakirə paneli təşkil etdilər. Görünür, Qərbin aparıcı dövlətləri bununla onu açıq şəkildə ortaya qoydular ki, region ölkələrini vahid formatda görmək məqsədəuyğun olardı. Bunu da qeyd etmək vacibdir ki, həm Bakı, həm də Tiflis bu ideyanı dəstəkləyir.

 

İrəvan bu formatdan yayınır. Çünki Ermənistan ərazi bütövlüyünün tanınmasına və bir-birinin daxili işlərinə qarışmamasına əsaslanan aydın tənzimləmə normalarına malik olan Bakı-Tiflis tandeminə qoşulmağa məcbur olacaqlarını bilir. Bu formata tam qoşulacağı təqdirdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq etməli və Azərbaycandakı erməni milli azlığının işlərinə qarışmaq cəhdlərindən əl çəkməlidir. Ermənistan Azərbaycandan fərqli olaraq, Gürcüstan ermənilərinin hüquqları ilə bağlı Tiflisə qarşı heç bir rəsmi tələb irəli sürmür. İrəvanın buna hazır olmadığı tamamilə göz qabağındadır.

Yanvarda Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan və Gürcüstan liderləri Cənubi Qafqazda üçtərəfli dialoq formatı yaratmaq istəklərini təsdiqləyiblər, eyni zamanda İrəvanın bundan yayındığı qeyd olunub. Münxendə fərqlər nəzərə alınanda aydın oldu ki, yaxın gələcəkdə belə bir formatın meydana çıxacağını gözləmək hələ tezdir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password