İlham Əliyev: “Biz azadlıq uğrunda müharibə edirdik”
“Biz öz ərazimizdə döyüşürdük. Biz azadlıq uğrunda müharibə edirdik. Ona görə də bu, ədalətli müharibə idi”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “Biz işğalçı müharibə aparmırdıq. Bu səbəbdən Ordumuzda döyüş meydanını tərk edən bir nəfər də yox idi. Şəhərlərimizin və kəndlərimizin “İsgəndər” raketləri ilə atəşə tutulduğu 44 gün ərzində heç kim döyüş meydanını tərk etmədi. Ermənistanda isə 11 min fərari var idi. Niyə? Ona görə yox ki, onlar döyüş meydanında məğlub olurdular, çünki onlar işğalçı müharibə aparırdılar. Onların motivasiyası yox idi”.