Vardanyanın yeni təlimatlar alaraq qayıtması vəziyyəti gərginləşdirməyə hesablanıb – Sahil Kərimli

 

Separatçı Ruben Vardanyanın Rusiyada yeni təlimatlar alaraq Qarabağa qayıtması bölgədə vəziyyəti gərginləşdirməyə hesablanıb. Amma Ruben və onun havadarları əmin olsun ki, onlar, suveren Azərbaycan ərazilərində heç nəyə nail ola bilməyəcək.

Bunu açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

O, əlavə edib ki, son günlər Qarabağa xüsusi separatçılıq missiyası ilə göndərilən rusiyalı milyarder Ruben Vardanyan ətrafında hadisələr daha ziddiyyətli məcraya yönəlir: “Məlumdur ki, cinayətkar Vardanyan əvvəlcə Qarabağa humanitar yardım fəaliyyəti adı ilə gəlmişdi. Əslində isə çirkli siyasi oyunlara qoşulub, qanunsuz əməllərlə məşğul oldu. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları arasında separatçılığı alovlandırmaq, təbii sərvətlərimizi talan etmək, ərazilərimizə gizli silah-sursat daşınmasını təmin etmək Vardanyanın əsas vəzifələrindən biridir. Digər tərəfdən, Ruben gizli yollarla Moskavaya gedir, oradan yeni təlimatlar alır, növbəti təxribatların planını hazırlayır. Özü də Qarabağdan rusiyalı sülhmıramlılara məxsus avtomobillərdə çirkli paltarların içində gizlənərək çıxır və geri qayıdır. İndi sual olunur: bu yaramaz biznesmendir, yoxsa şoumen? Əslində, Vardanyan Rusiyada çirkli yolarla qazandığı molyonları terrorçuluğa və separatizmə xərcləyərək yeni qazanc mənbələri axtarmağa çalışır. Amma Azərbaycan dövləti və ictimaiyyəti artıq xeyli müddətdir ki, buna imkan vermir. Ərazilərimizin talanması prosesi dayanıb.

S.Kərimli vurğulayıb ki,Vardanyanın qarşısında qoyulan vəzifələrin icrası demək olar ki, mümkün deyil: “Əvvəla Qarabağda, xüsusilə Xankəndidə gedən proseslər Azərbaycan dövlətinin və ordusunun ciddi nəzarətindədir. İstənilən təxribatın qarşısı qətiyyətlə və anındaca alınacaq. Digər tərərfdən, Azərbaycan ictimaiyyətinin nümayəndələri Laçın yolundakı etiraz aksiyalarını sona qədər davam etdirəcək. Vətəndaşlarımız tələblərinə nail olunana qədər etirazlar dayanmayacaq. Bütün bunlar isə Ruben Vardanyan və onun havadarlarının məkrli planlarını alt-üst edəcək. Sirr deyil ki, suveren ərazilərimizdə qarışıqlıq yaratmaq planlarının içində Rubenlə yanaşı terrorçu Araik Arutyunyan, hətta Ermənistanın baş naziri Nikol Paşinyan da var. Paşinyan hər nə qədər yaxasını kənara çəkməyə şalışsa da, reallıq ortadadır. Bu prosesdə Ermənistan baş naziri də öz oyununu oynayır. Bütün məqsəd isə Azərbaycan dövlətinə təsirlər etmək, danışıqlar masasında üstünlük qazanmaq və havadarların maraqlarını təmin etməkdir. Amma bu istəkləri gözlərində qalacaq. Çünki Azərbaycan dövləti baş verən hadisələri diqqətlə izləyir və reallıqları düzgün qiymətləndirir. Ruben, Araik və Nikol əmin olsun ki, onların Azərbaycan əleyhinə qurduğu oyunların sonu heç də yaxşı olmayacaq, onları ağır cəzalar gözləyir.

\Bakı-Xəbər.az\

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password