Kremlin xəbərdarlığı erməniləri susdurdu

 

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin “Avropa institutları istiqamətində pay sahibi olanlar sadəcə olaraq ölkəni itirə bilərlər” sözləri Ermənistanda olduqca ehtiyatla qarşılanıb və böyük rezonans doğurub. Aydındır ki, bu xəbərdarlıq bütövlükdə İrəvana ünvanlanıb. Çünki Azərbaycanla sərhədində AB missiyası yerləşdirməkdə maraqlı olan Ermənistandır. Əgər İrəvan buna təhlükəsizliyinin təminatı kimi baxırsa, Kreml bunu Cənubi Qafqazda maraqlarına meydan oxumaq kimi qəbul edir.

Volodinin bəyanatından bir neçə gün keçməsinə baxmayaraq, rəsmi İrəvan hələ də onun sözlərinə şərh verməyə tələsmir. Nəinki erməni hakimiyyəti, hətta tanınmış müxalifət nümayəndələri də reaksiya vermirlər.

Həm iqtidar, həm də müxalifətin susqunluğu isə ermənilərin narazılığına səbəb olur.

Erməni sosial şəbəkə seqmentində, eləcə də bəzi media orqanlarında ölkənin rəsmi qurumlarının Kreml qarşısında susması tənqid edilir. Xüsusilə də Kremlin təhdidi qarşısında qorxu və İrəvanın susqunluğuna görə məyusluq hiss olunur. Bəzi erməni millətçiləri Ermənistan hakimiyyətinin reallığı tam dərk etmədiyini yazır. Hələ ki, yalnız bəzi “müstəqil” (oxu: hakim qüvvəyə yaxın olanlar) ekspert qurumları Volodinin sözlərinə yumşaq şəkildə cavab verir.

Köçəryan və Sərkisyan komandası isə ümumiyyətlə Kremlin təhdidi ilə bağlı istənilən mövzudan qaçır./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password