Çempionlar Liqası: “Benfika”dan qələbə, “Çelsi” “Borussiya”ya uduzub

 

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Gecənin maraqla gözlənilən matçı Almaniyada Dortmund “Borussiya”sı ilə “Çelsi” arasında olub. “Siqnal İduna Park” stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 63-cü dəqiqədə Kərim Adeyemi vurub.

Digər oyunda isə Portuqaliya “Benfika”sı Belçikada turnirin sürpriz komandası “Brügge”ni 2:0 hesabı ilə məğlub edib. Qollara 51-ci dəqiqədə penaltidən Joau Mariu və 88-ci dəqiqədə David Neres imza atıblar.

UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
15 fevral

00:00. “Borussiya” Dortmund (Almaniya) – “Çelsi” (İngiltərə) – 1:0
Qol:
 Kərim Adeyemi, 63
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Dortmund, “Siqnal İduna Park” stadionu

00:00. “Brügge” (Belçika) – “Benfika” (Portuqaliya) – 0:2
Qollar:
 Joau Mariu, 51 (penalti). David Neres, 88
Baş hakim: Davide Massa (İtaliya)
Brügge, “Yan Breydel” stadionu.

Qeyd edək ki, 1/8 finalın ilk oyun günündə Almaniya “Bavariya”sı Fransada PSJ-yə, İtaliya “Milan”ı isə evdə İngiltərə “Tottenhem”inə 1:0 hesabı ilə qalib gəlib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password