Azərbaycan və Ermənistan arasında mühüm gəlişmə – Rusiya hərəkətə keçdi

 

“Son günlərdə fəallaşan Rusiyanın əsas məqsədi İrəvanla Bakı arasında birbaşa təmasın qarşısını almaqdır”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Ermənistan-Azərbaycan münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:

“Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflər verdiyini deyib. Onun sözlərinə görə, sülh müqaviləsi Azərbaycanın da maraqlarına cavab verməlidir. Paşinyan sanki “qalib ölkənin başçısı” kimi danışır. Halbuki məğlub olan, kapitulyasiyaya imza atan, ordusu darmadağın edilən ölkənin baş naziridir. Onun belə “bu əda” ilə çıxış etməsi Fransa və Avropa Birliyinin ona siyasi dəstəyindən irəli gəlir.

Paşinyan Azərbaycanla danışıqlarda irəliləyiş olduğunu da söyləyib. Hazırda danışıqlar üçüncü tərəfin iştirakı olmadan, Bakı və İrəvan arasında birbaşa davam edir.

Ermənistanin irəli sürdüyü təkliflərdə Qarabağa dair bənd də yer alır. Bu da Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqları ilə əlaqəlidir. Hansı formada olur-olsun, Ermənistanın Azərbaycana Qarabağla bağlı təklif verməsi qəbuledilməzdir, bu məsələ bizim daxili işimizdir. Ermənistanın öz boyundan yuxarı tullanmaq cəhdləri ona yaxşı heç nə verməyəcək”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistanın bu kimi təklifləri danışıqlar prosesinə müsbət təsir etməyəcək:

“Bəllidir ki, Nikol Paşinyan vaxt qazanmağa çalışır və sülh müqaviləsinə imza atmağa tələsmir. Ermənistanın yeni təklifləri Azərbaycan tərəfindən qəbul edilməyə bilər. Təbii ki, prosesin irəliləməsinə müsbət töhfə verəcəksə, qəbul ediləcək.

Son günlər Rusiya da fəallığını artırıb, əsas məqsədi də İrəvanla Bakı arasında birbaşa təmasın qarşısını almaqdır. Amma indiki məqamda Rusiyanın bundan artığını edə biləcəyini düşünmürəm. Ukraynada məğlub olan Rusiya Cənubi Qafqazdakı mövqelərini də sürətlə itirir”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password