Mirzoyanla görüş: Çavuşoğlu həm də Bayramov deməkdir!

 

Ölkəmizdə səfərdə olan Ararat Mirzoyan ilə Mövlud Çavuşoğlu arasında görüş keçirilib. Bu elə Ceyhun Bayramov ilə də görüş deməkdir. Çünki Azərbaycanın olmadığı masada Türkiyə, Türkiyənin olmadığı masada isə hər zaman Azərbaycan var.

Mövlud Çavuşoğlu ilə Ararat Mirzoyan arasında keçirilən görüş barədə danışan Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Diplomat Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalayacağı təqdirdə Türkiyə ilə münasibətləri normallaşdıra biləcəyini vurğulayıb:

“Keçirilən görüş çox önəmlidir. Ən son görüş ötən ilin 10 martında Antalyada baş tutub. İndi Ermənistanın qərbyönümlü xarici siyasət həyata keçirmək cəhdləri müşahidə edilir. Ancaq sözügedən istiqamətin nə qədər davam edəcəyi bilinmir. Masada Türkiyə ilə Ermənistan, Azərbaycan ilə Ermənistan münasibətlərinin normallaşdırılması, bölgədə dayanıqlı inkişafı və sabitliyi təmin edəcək yekun sülh müqaviləsi, Zəngəzur dəhlizi, Qarabağdakı separatçıların təxribatçı fəaliyyətləri kimi məsələlərin həllinin olacağını düşünürəm. Cənab Çavuşoğlu Mirzoyana bölgədə sabitlik və inkişaf üçün yekun sülh müqaviləsinin imzalanmasına paralel şəkildə Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasının mümkünlüyü yenidən izah edəcək. Əvvəldən də vurğulandığı kimi, Türkiyənin seçimi öncə Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşmasıdır. Bu baş verdiyi halda növbəti addım Ankara ilə İrəvan arasındakı münasibətlərin normallaşdırılması olacaq. Bölgədə sülhün bərqərar edilməsi ən çox Ermənistana lazımdır. Çünki bütün sahələrdə inkişafın yeganə yolu beynəlxalq hüquqa əməl etməklə qonşu ölkələrlə normal münasibətlərin qurulmasından keçir. Ermənistanın isə bundan başqa çıxış yolu yoxdur”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password