Avropa Parlamenti Saakaşvili ilə bağlı qətnamə qəbul etdi

 

Avropa Parlamenti (AP) Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili ilə bağlı qətnamə qəbul edib.

Gürcüstan hakimiyyətinə Saakaşvilinin xaricdə müalicə alması üçün şərait yaratmaq çağırışı edilib.

Həmçinin Gürcüstan Prezidenti Salome Zurabişviliyə də Mixeil Saakaşvilini əfv etməsi çağırışı edilib.

Qeyd olunub ki, Mixeil Saakaşvilinin azadlığa buraxılması Gürcüstanda siyasi qütbləşməni azaldacaq. Parlamentarilər bu məsələnin Gürcüstanın Aİ namizədliyi perspektivlərini ləngitmək riski yaratdığını da qeyd ediblər.

 

Vurğulanıb ki, sabiq Prezident Saakaşvili kimi məhbuslara münasibəti Gürcüstanın Avropa dəyərlərinə sadiqliyinin göstəricisidir. Bu gün səsə qoyulan qətnaməni 577 deputat dəstəkləyib. 33 deputat sənədin əleyhinə səs verib, 26 deputat isə bitərəf qalıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password