Ankara və İrəvan bu məsələdə razılaşdı – Kılıç
Ermənistan və Türkiyə sərhəddəki Marqara körpüsünün tez bir zamanda istismara verilməsi üçün mümkün olan hər şeyi edəcək.
Bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç deyib.
O bildirib ki, tərəflərin son zamanlar atdığı addımlar münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək:
“Bu gün Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər. Ankara zəlzələ ilə bağlı Ermənistan tərəfinin verdiyi dəstəyi unutmayacaq. Biz mühüm proseslərdən keçirik”.