Türkiyədə seçkilər gələn il keçiriləcək? – Arınçdan açıqlama

 

“Tariximizin ən ağrılı fəlakətini yaşadığımız bu günlərdə ölkə seçki stresindən bir an əvvəl xilas olmalıdır. Daha aydın və dəqiq desək nə mayda, nə də iyunda seçki olacaq. Seçkilər dərhal təxirə salınmalıdır”.

Bunu Türkiyə parlamentinin sabiq sədri Bülənt Arınç deyib.

Tarixə “Böyük Cənub-Şərqi Anadolu zəlzələsi” kimi düşəcək fəlakətdən sonra seçki müzakirələrinin keçirildiyini qeyd edən Arınç deyib: “Vətəndaşlarımız hazırda seçki yox, həyat uğrunda mübarizə aparır. Bəzi siyasətçilərin, jurnalistlərin seçkinin may və ya iyunda keçiriləcəyini müzakirə etdiyini görürük. Allahdan qorxun, dağıntılar altında hələ də cəsədlər var. Seçkidən necə danışmaq olar? Belə bir vəziyyətdə dərdlə üzləşən vətəndaşlarımızın əleyhinə seçki təbliğatı aparacaqsınız, yoxsa səs istəyəcəksiniz?”.

Sabiq spiker qeyd edib ki, orta hesabla 15 milyon vətəndaşın zərər çəkdiyi bu fəlakətə məruz qalan şəhərlər Türkiyə Böyük Millət Məclisində cəmi 85 millət vəkili ilə təmsil olunur: “Mənzərə çox ağrılıdır. Burada seçici yoxdur. Seçkilərin keçirilməsi qanuni və de-fakto mümkünsüz olub. Ola bilsin ki, Ali Seçki Şurası seçkilər keçirilərkən bu vilayətlərin əhalinin siyahıyaalınması ilə neçə deputatla təmsil olunacağını yenidən hesablayacaq”.

“Tariximizin bəlkə də ən ağrılı fəlakətini yaşadığımız bu günlərdə ölkə tez bir zamanda seçki stresindən qurtulmalıdır. Daha aydın və dəqiq desək nə mayda, nə də iyunda seçki olacaq. Seçkilər dərhal təxirə salınmalıdır. Bu seçim deyil, zərurətdir. Yalnız müharibəyə görə seçkilərin təxirə salınmasının mümkün olduğunu deyənlərə bir cavab kifayət edər. Bu müddəa var, amma konstitusiyalar müqəddəs mətnlər deyil, hüquqi mətnlərdir. Qanunverici orqan həmişə konstitusiya maddəsini ləğv edə, dəyişdirə bilər”, – Arınç əlavə edib.

Onun fikrincə, bunu etmək sadədir: “Prezidentimiz parlamentdə qrupları olan siyasi partiyaların rəhbərləri ilə şəxsən görüşməli və bu zərurətdən necə çıxmaq üçün onlarla məsləhətləşməlidir. Seçkilərin təxirə salınması ilə bağlı fikirlərim belədir. Parlament və prezident seçkiləri ilə 2024-cü il bələdiyyə seçkiləri birləşdirilə bilər. Bunun keçmişdə nümunələri var. İkinci variant parlament və prezident seçkilərinin 2023-cü ilin noyabrına təxirə salınmasıdır. Üçüncüsü, ilk iki variant razılaşdırılmasa, bütün siyasi partiyaların razılaşacağı başqa bir tarixdə razılığa gəlmək olar”. /teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password