Sülh bu halda olacaq: Vardanyanın gedişi təsdiqlənməsə… – Əsas konturlar
Politoloq Fərhad Mehdiyev sualları cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Fərhad bəy, Avropa İttifaqının missiyasının Ermənistana göndərilməsi ilə yanaşı bu ölkə İranla da sıx təmaslar qurur. Qərb-İran münasibətlərinin gərgin olduğu bir dönəmdə Ermənistanın bu cür ikili mövqeyi necə şərh oluna bilər?
– Hazırda Ermənistan çalışır ki, kontent olaraq Qərbə yönəlmiş siyasət həyata keçirsin. Amma reallıqda bu belə deyil. Çünki Ermənistan özünün milli maraqlarından yola çıxaraq Qərblə münasibətlər qurmağa çalışır. Onun işinə yaradıqca Rusiya ilə münasibətləri səhmana salmağa çalışması kimi hallar da var. Eyni zamanda Ermənistan özünün xarakterinə görə, İran və Qərblə də analoji münasibətlər saxlamaqda maraqlı olduğunu göstərir. Bu mənada Nikol Paşinyanın ümumi siyasi xəttində Avrointeqrasiya olsa da əslində o, bunu dilə gətirməkdə bir qədər ehtiyatlı davranır. Misal üçün o açıq şəkildə Ukraynanın timsalında olduğu kimi demir ki, Avrointeqrasiya xətti əsasdır. Amma buna baxmayaraq Ermənistan Avropa İttifaqı ilə Assosasiya müqaviləsi imzlayıb.
– Avrointeqrasiya xətti tutmuş Ermənistan üçün İranla yaxın siyasi münasibətlər qurmaq hansı ziddiyyətlər yaradır?
– Ermənistanın xarici siyasətinin sırf Avrointeqrasiya xətti olduğunu da demək olmaz. Burada həmçinin Ermənistan İranla özünün milli təhlükəsizlik kursunu seçir. Siyasi kursunu da daha çox ona doğru yönəldir.
– Bu, Qərbdə necə qarşılanır?
– Əslində Ermənistanın bu halda İranla yaxınlığına Qərb etiraz etməyəcək. Çünki onlar da başa düşəcəklər ki, Ermənistan özünə indi yeni himayəçi axtarır. Onun əvvəlki himayəçisi, yəni Rusiya ilə münasibətləri bir qədər korlanıb. Amma hazırda bu himayəçilik haqqında danışmaq mümkün deyil.
– Azərbaycan və Türkiyəyə qarşı Ermənistanın seçdiyi siyasi xətt nəyə əsaslanır?
– Ermənistan Qərbi inandırıb ki, Azərbaycan və Türkiyə ona qarşı düşmənçilik siyasəti həyata keçirir. Belə bir konyukturada Ermənistan özünə yaxın qonşular arasında müttəfiqlər axtarmalı olacağı da şübhəsiz idi. Bunun da məhz İranın olduğu indiki şəraitdə daha aşkar görünür. Qərbin İranla münasibətlərini pis olduğunu nəzərə alsaq onun tətbiq etdiyi sanksiyalar daha çox iqtisadiyyata yönəlib.
– Belə olduğu halda Ermənistanın İranla ticarət əlaqələri və iqtisadi münasibətləri nəyə görə Qərbdə sakit qarşılanır?
– Çünki Ermənistanın iqtisadi dövriyyəsi çox kiçikdir. Qərbin İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda onun Ermənistanla bu istiqamətdə aparmış olduğu iş birliyi onun üçün elə də ciddi bir maliyyə köməkliyi kimi qəbul edilmir. Sözsüz ki, İran da Ermənistanla iqtisadi əlaqələrdən bəhrələnib qabağa düşə bilməyəcək. Ona görə də, Qərbdən Ermənistan-İran arasındakı iqtisadi-siyasi əlaqələrə reaksiya verilmir.
– Ermənistan Azərbaycanı sülh prosesini pozmaqda ittiham edir. Ötən il bu müstəvidə iki vacib görüş olub. Üçüncü görüşdən isə Ermənistan imtina edib. Bu halda 2023-ci ili sülh prosesinə nə qədər yaxın bir təqdim hesab etmək olar?
– Əslində bu ilin sülh ili olacağı sualına indiki halda heç kəs cavab verə bilməyəcək. Amma sülh istiqamətində hansısa bir irəliləyişin olması ilə bağlı gözləntilər də azdır. Yaxın müddətdə belə bir gözlənti yoxdur. Belə bir irəliləyişin olması üçün onun siqnalları olmalıdır. Amma bu da hiss olunmur. Bu arada bir xəbər yayıldı ki separatçı Ruben Vardanyan Qarabağdan qaçıb. Bu xəbər təsdiqlənmiş olsa beləliklə münasibətlərdə bir irəliləyiş olar. Amma belə faktların mövcud olduğu halda sülh istiqamətində irəliləyişdən danışmaq hələ tezdir. /teleqraf.com