“Avropalıların Ermənistana qoşun göndərəcəyini heç kim ağlına belə gətirməməlidir” – Kolerovdan sərt sözlər

 

“Rusiya əleyhinə addımlarının sayını artıran Baş nazir Nikol Paşinyanın əsas hədəfi Ermənistanı KTMT-dən çıxarmaqdır”.

Bunu Rusiyanın “Regnum” agentliyinin keçmiş baş redaktoru, politoloq Modest Kolerov Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində deyib.

Ekspert Paşinyanın Avropa Birliyinin (AB) müşahidə missiyasını Ermənistan-Azərbaycan təmas xəttinə gətirməsi qərarını KTMT-nin eyni təklifinə mənfi cavab verməsi ilə əlaqələndirməsini belə şərh edib:

“Mövcud olmayan sərhədləri necə qurdular? Deyim ki, bütün bu söhbətlər ört-basdır xarakterlidir. Əsas qərarlar hər iki tərəfdən (Ermənistan və AB) qəbul edilib və indi açıq formada ifadə olunmuş problemlərə ləng, taktiki yanaşma gedir. Ermənistanın problemi çox sadədir və bütün bu detallar boş bəhanələrdir”.

Kolerov Ermənistan baş nazirinin əsas hədəflərinə də diqqət çəkib:

“Paşinyanın problemi KTMT-dən çıxmaqdır. Reallıq budur ki, KTMT-yə daxil olan ölkələrin əksəriyyəti Azərbaycanın tərəfdarıdır, Ermənistan isə o strukturda təklənib. Bu, Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl də beləydi. Bununla bağlı narazılığından hiyləgərcəsinə istifadə etməyə çalışır. Düşünmürəm ki, əvvəllər bundan xəbərsiz olub. Peşəkar siyasətçi bunu bilməlidir”.

Kolerovun sözlərinə görə, Ermənistan KTMT-nin hərbi imkanlarından yararlana bilməsə də, Rusiya onu ucuz silahla təmin edir:

“KTMT-yə üzvlük Rusiyaya KTMT daxili qiymətlərlə Ermənistana silah satmaq üçün hüquqi əsas verir. Bu, Ermənistanın KTMT-də qalmasının yeganə mənasıdır. Amma sabah səhər qəfildən KTMT oyanıb Ermənistanın havadarına çevrilsə belə, yenə də Ermənistanla Azərbaycan arasında sərhəd olmayacaq. Çünki bu, razılaşdırılmayıb, sərhədlər müəyyən edilməyib. Siz böyük bir müşahidə missiyası gətirə bilərsiniz, amma sərhəd hələlik yoxdur. Ona görə də Paşinyan öz addımlarını belə ritorika ilə ört-basdır edir və prosesi Ermənistanı KTMT-dən çıxarmağa doğru aparır”.

Kolerov qeyd edib ki, Paşinyanın Moskva ilə münasibətləri pis, qeyri-sabit, ikiüzlü, qeyri-səmimidir: “İrəvanda hansı aksiyaların (anti-Rusiya) keçirilməsindən heç danışmağa dəyməz. Bəs Ermənistanda nə qədər Amerika biolaboratoriyası var? On iki? Harada yerləşir? Bilmirəm”.

Politoloq hesab edir ki, bunlar Rusiya üçün əsas məsələdir:

“Həmin laboratoriyalar bioloji silahlar hazırlayır. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland keçmiş SSRİ-də bioloji laboratoriyaların olduğunu təsdiqləyib. Onlar Ermənistan ərazisindədirlər və Ermənistanın əleyhinə işləyirlər. Bu, skandal faktdır və dostluğa uyğun gəlmir”.

Kolerovun iddiasına görə, Ermənistanın bir çıxış yolu var: Belarus kimi Rusiya ilə “ittifaq dövləti”ində birləşmək.

“Avropalıların Ermənistana qoşun göndərəcəyini heç kim ağlına belə gətirməməlidir. İndi onların tankları qurtarıb, artıq Ukraynaya “metallom” göndərirlər. Bu, onlar üçün bir həqiqət anıdır. Sizə necə kömək edəcəklər? Avropa Birliyi sizə kömək etməyəcək. Paşinyanın ən yaxın dostu Mişel (AB şurasının prezident Şarl Mişel) isə Ukraynanın ən ehtiraslı sevgilisidir. Bu Paşinyan kiminlə dostluq edir, heç olmasa daha “yumşaq sifət” seçərdi”, – ekspert vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password