Moskva təlaşda – Qərb Ukrayna üçün sonuncu tabunu götürüb
Ukraynanın qərbli həmkarları Ukrayna üçün sonuncu tabunu – Rusiya ərazisinə zərbələr endirilməsinin məhdudlaşdırılması barədəki qadağanı götürüblər.
Bu barədə rusiyalı politoloq və ABŞ-da yaşayan müxalifətçi Andrey Piontkovski danışıb və ABŞ-ın Ukrayna üçün HİMARS və Böyük Britaniyanın uzaq mənzilli raketlər verilməsi planlarını xatırladıb (UNİAN).
«Ukraynada təyyarələr bu və ya başqa halda olacaq. Mənim fikrimcə, digər istiqamətdə cddi irəliləyiş baş verib – Qərbin tətbiq etdiyi sonuncu tabu götürülüb – ekspert bəyan edib – Qələbə üçün bu silahlar kifayətdir. Amma bu məhdudiyyət – Rusiya Federasiyasına zərbə üçün onun istifadə olunmaması – digər mühüm problemi həll etmirdi – şəhərlərin xilasını, ukraynalıların cəzasız olaraq məhv edilməsini».
Piontkovskinin sözlərinə görə, bu raketlərin Ukraynaya verilməsi ilə bağlı Moskvada təlaş müşahidə olunur.
Xatırladırıq, xəbər verilmişdi ki, ABŞ-ın yeni kömək paketinə yüksək dəqiqlikli uzaq mənzilli raketlər (GOSDB) daxil olacaq. Pentaqonun nümayəndəsinin – briqada generalı Patrik Rayderin qeyd etdiyi kimi, Ukrayna müstəqil olaraq, bu silahı necə istifadə etməyin mümkünlüyünü həll edə bilər. Həm də Ukraynaya uzaq mənzilli silahların veriləcəyini Britaniya da elan edib. /azpolitika.info