“Kino olsun ki, onun ittifaqı da olsun” – Rasim Balayev

 

“Kinonun bu gün olmaması bizim də işimizə mənfi təsir göstərir. Gərək kino olsun ki, onun da ittifaqı olsun. Əsas kinodur. Hamının istəyi, məqsədi odur ki, kino öz relsinə düşsün, inkişafını davam etdirsin. Çox təəssüf ki, indiki vəziyyət bu haqda müsbət fikirlər deməyə əsas vermir”.

Bu fikirləri açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev deyib.

Onun sözlərinə görə, bu il sədri olduğu ittifaq bir çox layihələr həyata keçirəcək:

“Ulu öndərin 100 illiyi ilə əlaqədar müəyyən tədbirlərimiz olacaq. Həmçinin bizim kinoittifaqın 60, “Azərbaycanfilm” kinostudiyanın 100 illik yubileyidir. Bununla bağlı layihələrimiz var. Eyni zamanda film çəkən bəzi insanlara maliyyə dəstəyimiz də olur. Təbii ki, bu, çox az məbləğ təşkil edir. Çünki bizim o qədər də maliyyə imkanlarımız yoxdur. Amma müəyyən insanlara köməkliklər edirik, az miqdarda da olsa maliyyə ayırırıq. Düzdür, biz kino çəkən qurum deyilik, böyük film çəkməyə bizim nə səlahiyyətimiz, nə də imkanımız var, amma lazım gəldikcə dəstəyimizi əsirgəmirik.

Hazırda kinonun sifarişçisi Mədəniyyət Nazirliyidir. Biz ancaq tövsiyələrimizi, müəyyən fikirlərimizi bildirə bilirik”.

Xalq artisti hazırda heç bir filmə, seriala çəkilmədiyini deyib.

“Seriallar çəkilir, tamaşaçılar razıdırmı? 50-70 seriya çəkirlər, uzun uzadı danışırlar. İndi çəkilən seriallarda özümü görmürəm. Çünki orda sənət yoxdur, xalturadır. Amma yaxşı rol, yaxşı film olsa təbii ki, çəkilərəm”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password