Səssiz və tüstüsüz – İsrail öz dronlarını görünməz bombalarla təchiz edib
İsrail «səssiz» və «tüstüsüz» qravitasiya bombalarını özünün döyüş pilotsuz uçuş aparatlarına (PUA) inteqrasiya edib ki, onları döyüş meydanında daha ölümsaçan etsin.
Bunu fevralın 6-da «The Defense Post» nəşri xəbər verib.
Yeni zərbə sisteminin işlənməsi xəbərini İran İsraili ölkənin mərkəzindəki (İsfahan əyaləti) obyektlərinə bu yaxınlardakı hücumda (dronlardan istifadə etməklə) günahlandırandan sonra elan edib.
KİV-lərin xəbərinə uyğun olaraq, «səssiz» bomba hədəfə doğru səs sürəti ilə uça bilir – səsbəst düşən zaman. Döyüş sursatı güclü səs və tüstü əmələ gətirən mühərrik qurğusuna və ya forsaj kamrasına malik deyil.
«Görünməz bombalar» daşıyan pilotsuz aparatlar arasında kiçik təyyarə ölçülərində olan Neron TP PUA-sı (Israel Aerospace Industries şirkəti tərəfindən istehsal olunub) aparatları var. İsrailin bu zərbə dronları bir tona qədər faydalı yük daşıya bilir.
“Heç kim onları nə eşitməyəcək, heç kim onları görməyəcək” – Amerika nəşrinə yüksək məqamlı israilli hərbçi danışıb.
Pilotsuz sistemlərin ölümcüllüyünün yüksəldilməsi İsrailin müşahidə və zərbələr endirilməsini müşahidə etmək imkanlarının mökəmləndirilməsi üzrə səylərinin bir hissəsidir. Bu sıradan İran xüsusi yer tutur. Bundan əvvəl İsrail hökuməti yerli müdafiə firmalarına bu xahişlə müraciət edib ki, daha uzaqvuran və az qeydə alına bilən PUA-lar işləyib hazırlasınlar – İrana qarşı istifadə etmək üçün, – bunu nəşr qeyd edir.
İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani ötən həftə bəyan edib ki, İsfahandakı hərbi obyektə hücma görə məsuliyyəti İsrail daşıyır.
Yanvarın 28-də naməlum dronlar İslam Respublikasının mərkəzi hissəsinə zərbə endiriblər. Hücuma görə rəsmi məsuliyyəti heç kim öz üzərinə götürməyib. KİV-lər hava hücumunun potensial təşkilatçıları kimi İsraili və ABŞ-ı göstəriblər (Mənbə: EADaily.com).