Rumıniya Azərbaycandan idxal edəcəyi qaz sayəsində gələn qışa hazırlaşır
Rumıniya Azərbaycandan idxal edəcəyi təbii qazın sayəsində gələn qışa daha hazırlıqlı olacaq.
Bunu bu ölkənin energetika naziri Vircil Popesku bildirib.
Onun sözlərinə görə, bu il Rumıniyanın qaz anbarlarında 1 milyard 866 milyon 300 min kubmetr təbii qaz qeydə alınıb: “Bu, ötən illə müqayisədə təxminən 780 milyon kubmetr çoxdur. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə yanaşı, Rumıniya əlavə olaraq 300 milyon kubmetr qaz idxal etməyə hazırdır”.
Nazir bildirib ki, anbarda qaz var və şaxtalı havanın yaratdığı istehlakın istənilən zirvəsini asanlıqla keçiləcək. O, əlavə edib ki, bu ekstremal hava şəraitində Rumıniyanın təbii qazla təminatında heç bir problem yoxdur: “Soyuq mövsüm başa çatır və biz hələ də anbarda olan qazla qışdan çıxmağı gözləyirik. Gələn qışa qədər isə bizim sərəncamımızda Azərbaycandan 1 milyard kubmetr qaz olacaq”.
Nazir bu yaxınlarda “Romgaz” şirkətinin SOCAR ilə müqavilə imzalandığını da xatırladaraq, ölkənin bu qışa yaxşı hazırlaşdığı kimi, gələn qışa da yaxşı hazırlaşacağını qeyd edib.