Türkiyədə zəlzələ risk xəritəsi: Ən çox hansı bölgələr təhlükədədir?

 

AFAD (Türkiyə Daxili İşlər Nazirliyinin Zəlzələ İdarəsi) tərəfindən Türkiyədə zəlzələ təhlükəsinin ən çox olduğu bölgələrin əks olunduğu xəritə təqdim edilib.

Xəritədə seysmoloji xətlərinin hansı bölgələrdən keçdiyinə əsasən ən riskli ərazilər təyin olunub.

Beləliklə, Türkiyədə birinci yerdə risk dərəcəsi ən yüksək olan bölgələr olaraq İzmir, Balıkesir, Manisa, Muğla, Aydın, Denizli, İsparta, Uşak, Bursa, Bilecik Yalova, Sakarya, Düzce, Kocaeli, Kırşehir, Bolu, Karabük, Hatay, Bartın, Çankırı, Tokat, Amasya, Çanaqqala, Ərzincan, Tunceli, Bingöl və Muş, Hakkari, Osmaniye, Kırıkkale və Siirt müəyyən edilib.

İkinci dərəcəli risk altında olan bölgələr Tekirdağ, İstanbul (1-ci və 2-ci Bölgə), Bitlis, Kahramanmaraş, Van, Adıyaman, Şırnak başda olmaqla Zonquldak, Afyon, Samsun, Antalya, Ərzurum, Qars, Ardahan, Batman, İqdır, Elazığ, Diyarbəkir, Adana, Əskişəhər, Malatya, Kütahya, Ağrı və Çorumdur.

Üçüncü dərəcəli riks bölgələri olaraq Eskişehir, Edirne, Sinop, Kastamonu, Ordu, Giresun, Artvin, Şanlıurfa, Mardin, Kilis, Qaziantep və Kahramanmaraşın bəzi hissələri, Sivas, Gümüşhane, Bayburt, Kayseri, Yozgat , Çorum, Ankara, Konya, Mersin və Nevşehir müəyyən edilib.

Xəritəyə görə ən az riks altında olan bölgələr isə dördüncü və beşinci qrupda yer alan Trabzon, Rizə, Kırklareli, Niğde, Aksaray və Karamandır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password