Dağıntılar altındakı azərbaycanlılardan xəbər yoxdur

 

Türkiyədə baş verən zəlzələdən sonra Malatya İnönü Universitetində təhsil alan 4 azərbaycanlı tələbədən xəbər yoxdur.

Azərbaycan səfirliyinin Malatyadakı nümayəndəsi Elvin Əhmədovun verdiyi məlumata görə, Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin yaşadıqları bina çöküb.

“Həmin tələbələrlə bağlı müvafiq orqanlara rəsmi sorğu göndərilib, cavab gözləyirik”, – o əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password