Nüfuzlu nəşrdən diqqətçəkən iddia: “Hədəf Ərdoğandır”
ABŞ-ın “Foreign Policy” jurnalında Türkiyə ilə əlaqəli diqqətçəkən təhlil dərc olunub.
NATO-ya üzv olmaq istəyən İsveçin özünü baltaladığını yazan nəşr məsələnin ABŞ-da bitəcəyini iddia edib.
Məqalədə ABŞ-ın Suriyada PKK terror təşkilatına verdiyi dəstəyin Türkiyə ilə əlaqələri gərginləşdirdiyi və bunun NATO-dakı birliyə mane olduğu vurğulanıb.
Təhlildə PKK-nın Avropa Birliyi (AB), ABŞ və İsveçdə də terror təşkilatları siyahısında olduğu, amma İsveçin hələ də PKK üçün sığınacaq olduğu və indiyədək hərəkətlərinin bu ölkənin siyasətçiləri tərəfindən dəstəkləndiyi vurğulanıb.
Nəşr ABŞ-ın da öz hərəkətlərinə diqqət yetirməli olduğunu yazıb:
“Türkiyənin milli təhlükəsizliyi İsveçdən deyil, ABŞ-ın Suriyada etdiklərindən keçir. Qərb dövlətləri Suriyanın şimalında muxtar bölgə formalaşdıran PKK-ya bağlı qruplaşmaların Türkiyənin təhlükəsizliyini təhdid etdiyini ilk söyləyənlərdir və bu, Ankaranın nailiyyətidir”.
Məqalədə ABŞ-ın Suriyada PKK-nı silahlandırdığı və maliyyələşdirdiyi qeyd edilib və bu dövrə qədər PKK-nın Türkiyəyə qarşı dayanmasında Amerikanın böyük payı olduğu diqqətə çatdırılıb. Amma İsveçin NATO üçün önəmli olduğu bildirilən məqalədə xəbərlərdə ABŞ-ın buna görə seçim etməli olduğu deyilib.
“Vaşinqton PYD və YPG-yə verdiyi dəstəyi yenidən nəzərdən keçirməli və Türkiyə ilə işləməyə hazır olmalıdır”, – qəzet vurğulayıb.
Təhlilin davamında diqqətçəkən bir məqam da var:
“Təəssüf ki, ABŞ-da Türkiyə prezidentinə qarşı şəxsi nifrət var. Türkiyə ilə ABŞ-ın strateji maraqları üst-üstə düşsə belə, bu, Türkiyə ilə işləməyi çətinləşdirir”.
Məqalədə hədəfin Prezident Rəcəb Tayyib Ərdoğan olduğu vurğulanıb.
Məqalədə Türkiyənin NATO-da tam gücə sahib olması zərurətinə də diqqət çəkilib: “NATO-nun Qara dənizdə güclü olması üçün Türkiyəni müttəfiq kimi tam qucaqlamaq lazımdır”./teleqraf.com