İsveç parlamentinin deputatı: “Qərb siyasətçiləri İrandakı müxalifəti tanımalı, planını bilməlidir”

 

“Qərb siyasətçiləri İrandakı müxalifəti tanımalı, onların İslam Respublikasından sonrakı planını bilməlidir”.

“İran İnternational” xəbər verir ki, bunu İsveç parlamentinin İran əsilli deputatı Əlirza Axundi bildirib.

Onun sözlərinə görə, Qərb siyasətçilərinin İran müxalifətinə çoxlu siyasi suallar verməsi, onların İslam Respublikasından sonra sülh və əmin-amanlıq yaratmaq istəyəcəyini bilməsi çox vacibdir.

Əlirza Axundi müxalifətin formalaşmasına kömək etmək üçün dünyanın müxtəlif yerlərində İranın müxtəlif siyasi cərəyanları ilə daimi təmaslarını davam etdirdiyini vurğulayıb. O, İslam Respublikasına təzyiqləri artırmaq, iranlı etirazçıları dəstəkləmək, həll yollarını araşdırmaq üçün İsveçin Baş naziri Ulf Kristersson parlamentə çağırmaqla irəli sürdüyü təklifini də açıqlayıb.

Əlireza Axundi SEPAH-ı terrorçu təşkilat olaraq tanımaq üçün kifayət qədər dəstəyin olmaması ilə məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, mövzu ilə bağlı İsveç Parlamentinin deputatları, nümayəndələri bu tələbi Avropa Parlamentinə göndərib.

Qeyd edək ki, yanvarın 24-də İsveç xarici işlər naziri Tobias Bilström İinqilab Keşikçiləri Qvardiyasının terror təşkilatları siyahısına daxil edilməsi mürəkkəb hüquqi məsələ olduğunu bildirmişdi. O, qvardiyanı təkcə İrandakı əməllərinə görə terrorçular siyahısına salmağaın mümkün olmadığını vurğulamışdı:

“Onun terrorla əlaqəsi olmalıdır”.

Nazir bu hərbi qruplaşmanın terrorçular siyahısına salınmaması ilə bağlı xəbərləri təkzib edərək, İsveç və Avropa İttifaqının İran rejimi və İnqilab Keşikçiləri Qvbardiyasına qarşı sərt hərəkətlərini davam etdirəcəklərini bildirib.

Xatırladaq ki, Əlirza Xundi 1980-ci il sentyabrın 20-də İranın İsfana əyalətində anadan olub. İsveçin Mərkəz Partiyasının üzvüdür. 2018-ci ildən deputatdır./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password