Britaniya Rusiyaya qarşı hərəkətə keçdi – Cənubi Qafqazda durum dəyişir

 

“Avropa Birliyinin (AB) Ermənistana iki illik müşahidə missiyası göndərməsi, Qərbin Rusiyanın Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq planının tərkib hissəsidir”.

Bunu erməni politoloq Suren Zolyan deyib.

Ekspert AB-nin Ermənistan-Azərbaycan sərhədində bundan əvvəlki iki aylıq missiyasının heç bir nəticə vermədiyinə diqqət çəkib. Bununla belə, Zolyan hesab edir ki, iki illik missiyanı indidən dəyərləndirmək çətindir.

Politoloqun fikrincə, Qərb dövlətlərinin Cənubi Qafqazla bağlı maraqları yekcins deyil:

“Təbii ki, Azərbaycan və Türkiyə öz oyunlarını sona qədər oynamağa çalışacaq və bunu bəzi hallarda kollektiv Qərbin və ya NATO-nun köməyi ilə edəcəklər, bəzi hallarda yox, bizim üçün əsas təhlükəni də burada görürəm. Təbii ki, əsas məsələlərdən biri beynəlxalq təminatların olmasıdır, amma bu təminatlar elə-belə verilmir, verən hər zaman öz maraqlarını güdür və həmişə nəyisə tələb edir”.

Zolyanın sözlərinə görə, AB missiyasını ölkəyə dəvət edən Ermənistan rəhbərliyi riskləri hesablamayıb:

“Yaxın vaxtlara qədər Avropa bu regiona biganə yanaşırdı, indi Rusiyanı bölgədə neytrallaşdırmaq üçün hər şeyi etmək istədiyi göz qabağındadır. Hadisələrin necə gedəcəyini, iki mərkəzin maraqlarını birləşdirməyin mümkün olub-olmayacağını söyləmək çətindir.

Britaniyanın ilə Mərkəzi Avropanın maraqları arasında fərq var. Britaniya Avropa Birliyindən çıxıb, onun üçün Rusiyanın rolunu azaltmaq vacibdir, amma bunu reallığa uyğunlaşdırmaq çətindir. Bəllidir ki, Rusiya buna qarşı öz mövqeyini gücləndirməyə çalışacaq. Bir sözlə, bu missiyanın həm önəmli tərəfləri, həm də riskləri var. Avropa Birliyi müşahidəçilərinin Ermənistanda olması həm Rusiyanı, həm də İranı narahat edəcək”.

Zolyan bu kontekstdə Rusiyanın 1990-cı illərdə Ermənistanda öz hərbi bazasını qurmasını xatırladıb. Onun sözlərinə görə, Rusiya o dönəmdə bu addımı Türkiyənin Cənubi Qafqazda artan nüfuzuna qarşı atmışdı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password