Hollandiyanın müstəqilliyində Osmanlı izi: “Papa tərəfdarı olmaqdansa, türk ol”
İsveçdə irqçi “Stram Kurs” partiyasının lideri, vəkil Rasmus Paludanın Türkiyə səfirliyi qarşısında Quranı yandırması ilə başlayan nifrət aksiyası Hollandiyaya da sıçrayıb.
Almaniyada qurulan “Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı” adlandırılan PEGIDA hərəkatının holland rəhbəri Edvin Vaqensveld müsəlmanların müqəddəs kitabı Quranı cıraraq yerə atıb.
Polisin İsveçdə olduğu kimi Hollandiyada da onlara mane olmaq əvəzinə kənardan izlədiyi skandal Avropada İslamofobiyanın miqyasını bir daha ortaya qoyur. Hollandiyanın təkəbbürlü münasibətinə başda Türkiyə olmaqla İslam dünyasından böyük reaksiya gələrkən, holland hökumətinin səssizliyi də “nadir nümunə”lərdən biridir.
Hollandlar dörd əsr əvvəl İspaniyaya qarşı müstəqillik uğrunda mübarizə apararkən, onlara ilham verən türklər (Osmanlı) bu mübarizələrinin simvoluna çevrilmişdilər.
Türkiyəli professor və tarixçi Ərhan Afyoncu “Haber 7”-yə açıqlamasında həmin dövrü xatırladıb:
“Bu gün Qurana hörmətsizlik edən hollandlar 1568-ci ildə İspaniyaya üsyan edərkən türk bayrağındakı ayparadan ilhamlanaraq hazırladıqları və papaqlarında gəzdirdikləri medalyonun üzərində “Papa tərəfdarı olmaqdansa, türk ol” yazdıqlarını tez unudublar”./teleqraf.com