“Azərkosmos” Keniyanın “CommCarrier” şirkəti ilə əməkdaşlığa başlayıb

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) Cənubi Keniyanın peyk xidməti təqdim edən “CommCarrier” şirkəti ilə uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalayıb.

Müqaviləyə əsasən bu gündən “Azerspace-2” peyki vasitəsilə Keniyanın dövlət xidmət orqanlarında peyk internetinin istifadəsinə başlanılıb.

“CommCarrier” Mərkəzi və Şərqi Afrika regionunda tərəfdaşlarına “Azerspace-2” peykinin KU diapazonu ilə xidmət göstərəcək.

“Peyk xidmətlərimizdən Afrika regionunda hökumət və özəl qurumların istifadəsi bizi sevindirir. “CommCarrier” region üçün etibarlı tərəfdaşdır və biz artıq perspektivli biznes layihələri üzərində işlərimizi sürətləndiririk”, – deyə “Azərkosmos”un sədr müavini Fuad Aslanov bildirib.

“Azərkosmosla əməkdaşlığımız sayəsində “Azerspace-2” peykinin xüsusilə Mərkəzi və Şərqi Afrika üzrə imkanları bizə tərəfdaşlarımızın artan tələbatını uğurla təmin etmək fürsəti qazandıracaq”, – deyə “CommCarrier”in direktoru Qiri Babu qeyd edib.

“CommCarrier” 1995-ci ildə telekommunikasiya operatoru olaraq fəaliyyətə başlayıb. Baş ofisi Keniyanın paytaxtı Nayrobi şəhərində yerləşən “CommCarrier” burada VSAT texnologiyasını – yerüstü rabitə şəbəkəsi olmayan ərazilərdə peyk rabitəsini ilk istifadəyə verən şirkət hesab olunur. Afrika regionunun aparıcı telekommunikasiya şirkəti olaraq dövlət layihələrini uğurla həyata keçirir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password