Aİ-nin Ermənistandakı missiyası hüquqi nəticə verməyəcək – İqor Korotçenko

 

Avropa İttifaqının (Aİ) missiyası qanuni deyil və hüquqi nəticə verməyəcək.

Bu barədə Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə növbəti missiya göndərilməsinə dair qərarını şərh edənrusiyalı ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, qərarlar asanlıqla qəbul edilmir və dünyadakı mövcud geosiyasi vəziyyətlə diktə olunur.

“Cənubi Qafqaz birincisi neft-qaz kimi resurslar baxımından, ikincisi isə logistika, o cümlədən nəqliyyat logistikası baxımından son dərəcə vacib regiondur. Fransanın isə bu regiona həmişə marağı olub. Təbii ki, bunu Fransa və Ermənistanın mövcud siyasi elitaları arasındakı son dərəcə sıx münasibətlərlə əlaqələndirmək lazımdır. Missiyanın özünə gəlincə, o qanuni deyil və hüquqi nəticə verməyəcək, ona görə ki, hələ də İrəvanın ucbatından Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin demilitasiyası və demarkasiyası aparılmayıb. Bu səbəbdən Ermənistanın dövlət sərhədləri olmadığından, o, sərhədləri qeyri-müəyyən olan ölkədir. Buna görə də, indiki halda Ermənistan bu missiyanı dəvət etməklə tərkibini və müvəqqəti formatını genişləndirərək əlində Azərbaycana qarşı təzyiq vasitəsi saxlamağı nəzərdə tutur və bu vasitəni manipulyasiya etməklə, həmçinin Fransa və Aİ ilə tərəfdaşlıq etməklə özü üçün əlverişli siyasi, iqtisadi və hərbi mövqe qazanmağa çalışır”,- siyasi analitik qeyd edib.

İ.Korotçenkonun sözlərinə görə, Rusiyada bu missiya qəti şəkildə mənfi olaraq qarşılanıb.

“Onun regionda peyda olması Rusiya-Ermənistan münasibətlərinin atmosferinə uyğun gəlmir. İrəvan de-fakto olaraq Moskanı əvvəlcədən xəbərdar etmədən və lazımi siyasi məşvərət rejimi keçirmədən onu baş verənlərlə qarşı-qarşıya qoyur. Bu, Ermənistan tərəfindən istər Rusiyaya, istərsə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı antaqonist fəaliyyətdir. Bu müşahidə komissiyasının göndərilməsi Ermənistanda revanşizmin dəstəklənməsinə səbəb olacaq ki, bu da Rusiyanın milli maraqlarına kökündən ziddir. Qərb missiyası Şimal-Cənub nəqliyyat dəhlizinin normal fəaliyyətinə mane olmaq üçün yeni münaqişə yaradacaq”, – o yekun olaraq deyib.

Qeyd edək ki, ötən gün Avropa İttifaqı Ermənistan-Azərbayacan sərhədinə növbəti missiyanın göndərilməsi haqqında qərar qəbul etdi.

Qərarda missiyanın məqsədinin “Ermənistanın sərhədyanı rayonlarında stabilliyə nail olmaq, yerli səviyyədə əməkdaşlığı tənzimləmək və Aİ-nin dəstəyi ilə Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması üzrə səylərə təkan verəcək şəraitin yaradılması”ndan ibarət olduğu deyilir.

Xatırladaq ki, 2022-ci il oktyabrın 17-də Aİ xarici işlər nazirlərinin Şurası öz iclasında Azərbaycanla sərhədə Cənubi Qafqaz regionunda vəziyyətin monitorinqi, təhlili və hesabatların təqdim olunması üçün 40-a yaxın müşahidəçi ekspertinin Azərbaycanla sərhədə göndərilməsinə dair qərar qəbul etmişdi. 2022-ci il dekabrın 19-da Aİ monitorinq missiyasının Ermənistandakı missiyasının mandatı bitmişdi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password