Admiraldan şok iddia: “Türkiyə NATO-dan çıxarılsa…”

 

“Türkiyə NATO-dan çıxarılsa, İsrail və Yunan Kipri alyansa daxil ediləcək”.

Bunu Türkiyə hərbi dəniz donanmasının təqaüdçü admiralı Cihad Yaycı deyib.

“Hazırda Türkiyəyə birbaşa müdaxilə edə bilmirlər. Amma Türkiyə NATO-dan çıxarılan kimi, Cənubi Kipri ​​və İsraili ittifaqa qəbul edəcəklər. Unutmayaq ki, Türkiyənin vetosuna görə Cənubi Kipr və İsrail NATO-ya üzv ola bilmədi. Yunan Kipri “Kiprin yeganə təmsilçisi” simasında Avropa Birliyinə qəbul edildiyi kimi, bu hərbi alyansa da daxil olur, təbii ki, bunun davamı olaraq Türkiyə də çıxarılır”, – admiral bildirib.

Yaycı Yunanıstanın da bu ehtimal olunan durumla bağlı hesablamalarının olduğunu söyləyib:

“Bundan sonra Yunanıstan öz ərazi sularını artırır. Türkiyə buna müdaxilə etmək istəsə, “hərəkəti qeyri-legitimdir, Yunanıstan qanuni hüququndan istifadə edir, NATO-nun müttəfiqlik həmrəyliyi şərtinə ziddir” deyiləcək və Türkiyəni NATO-dan çıxaracaqlar. Yunan Kiprini aldıqdan sonra Türkiyə “NATO üzvünün ərazisini işğal etmiş dövlət” vəziyyətinə gətirilir və bizə qarşı 5-ci maddə tətbiq olunur. Yəni Türkiyəyə deyirlər ki, ya sən özün çıxırsan, ya da səni zorla çıxararıq”.

Admiral NATO-dan çıxarılmasından sonra baş verə biləcək təhlükəli gəlişmələrin Türkiyənin sərhədlərinin dəyişdirilməsinə qədər gedə biləcəyini iddia edib:

“Türkiyənin PKK/YPG-yə qarşı əməliyyatları NATO-nun müttəfiqlərinə qarşı əməliyyat kimi qiymətləndirilir. Əfqanıstanda, Serbiyada nə ediblərsə, eynisi burada təkrarlanır və belə deyirlər: “Türkiyə istədiyimiz düzənə çatana qədər NATO-dan uzaqlaşdırılmalıdır. Türkiyəni istədiyimiz düzənə saldıqdan sonra geri götürək”.

Bunun ehtiva etdiyi mesaj isə belədir: “Cənub-şərqində “Kürdüstan”, şimalında “Pontus”, İstanbulda “patriarxal dövlət” kimi şeylər yaratdıqdan, şərqindən Ermənistana bir parça torpaq verdikdən sonra Türkiyəni yenidən kiçilmiş formada NATO-ya qəbul edəcəyik”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password