Səddam sifariş etmişdi, indi isə… – Əsrarəngiz yaxta ilə bağlı maraqlı faktlar

 

İraqın devrilmiş lideri Səddam Hüseynin istəyi ilə Danimarkada xüsusi dizayn edilən yaxta bu gün lövbər saldığı Bəsrədə dəniz elmi tədqiqat mərkəzi kimi istifadə olunur.

Səddamın adını daşımasına baxmayaraq, devrilmiş rəhbərin ayaq basmadığı yaxtanın tikintisi 1980-ci ildə Danimarkada başlayıb və bir il sonra tamamlanıb.

Şəxsi yaxta 8 illik İraq-İran müharibəsi və sonra Körfəz müharibəsi səbəbindən İraqa gətirilə bilməyib. Daha sonra Səddam Hüseyn tərəfindən Səudiyyə Ərəbistanının o zamankı kralı Fəhd Bin Əbdüləziz Əl-Səuda hədiyyə edilib.

O zamanlar “Kadisiye Yaxtası” adlandırılsa da, hazırda “Basra Breeze Yaxtası” kimi tanınır.

Çox qiymətli mebellərlə təchiz olunmuş yaxta 18 otaq 4 mərtəbədən ibarətdir. 82 metr uzunluğunda olan yaxtada hətta bərbərxana, kimyəvi təmizləmə və ilk yardım otağı da var.

Səddamın ölkəyə girə bilmədiyi yaxta yalnız 2010-cu ildə Bəsrəyə gətirilib. Dövrün nəqliyyat naziri Əmir Əbdüccəbər bu yaxtanı Səddamın xüsusi məqsədləri üçün tikdirdiyini və dövlətin malı olduğu üçün ölkəyə gətirildiyini açıqladı.

2015-ci ildə iraqlı və alman alimlərin hazırladığı layihə çərçivəsində ilk dəfə yaxta ilə dəniz kəşfiyyatı turu həyata keçirilib. Bu gün Dəclə və Fərat çaylarının qovuşduğu Şattularapda lövbər salan Səddamın şəxsi yaxtası Bəsrə Universiteti Dəniz Elmləri İnstitutunun Elmi Araşdırma Mərkəzi kimi istifadə olunur.

Yaxta yerli və xarici turistlər üçün də açıqdır. Keçən həftə tamamlanan 25-ci Körfəz Kuboku çərçivəsində Bəsrəyə gələn Körfəz vətəndaşları yaxtaya böyük maraq göstərib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password