Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçirilib

 

Ötən gün dünyasını dəyişən Azərbaycan Respublikasının Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçirilib.

Heydər məscidində keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.Əməkdar artist, “Toppuş bacı” kimi tanınan Tünzalə Əliyeva “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Sənətçi ilə vida mərasimində onun ailə üzvləri və mədəniyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə qəbul olub. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışıb. Sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Oradan çıxıb Bakıya gəlib və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. Bu teatrın səhnəsində Qəmər (Ə. Əmirli, “Müqəddəs Valentin günü”), Natella (M. Haqverdiyev, “Qısqanc ürəklər”), Şahnaz (A. Rəhimov “Pul hərisləri”), Qadın (H. Mirələmov, “Ləyaqət”), Mehriban (Ə. Nesin, “Toros canavarı”), Gülzar (Elçin, “Poçt Şöbəsində xəyal”), Sənəm (Ü. Hacıbəyov, “O olmasın, bu olsun”), Nanı Kişi (İftixar, “Dan yeri söküləndə”) rollarını uğurla ifa edib. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında “İzinlə”, “Vətənim” və “Gülüş qatarı” verilişlərinin aparıcısı olub.

ATV kanalında nümayiş etdirilən “Çal-Çağır” şou proqramının aparıcısı olan “Toppuş bacı” obrazının ifaçısıdır. ATV kanalında “Gülmək qadağandır” şou proqramının aparıcı idi.

T.Əliyeva onkoloji xəstəlikdən dünyasını dəyişib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password