Akar açıqladı: “Səfəri ləğv etdik, çünki İsveç…”

 

“İndiki məqamda İsveç müdafiə naziri Pall Consonun 27 yanvarda Türkiyəyə edəcəyi səfərin nə əhəmiyyəti var, nə də mənası var. Ona görə də səfəri ləğv etdik”.

Bunu Türkiyə Milli müdafiə naziri Hulusi Akar deyib.

Akar səfər və son vəziyyətlə bağlı Türkiyənin NATO-nun açıq qapı siyasətini hər zaman dəstəklədiyini ifadə edib.

İyun ayında Madriddə Türkiyə, İsveç və Finlandiya arasında imzalanan üçtərəfli memorandumu xatırladan nazir Akar vurğulayıb ki, Türkiyənin yeganə istəyi bu memorandumdakı öhdəliklərin yerinə yetirilməsidir: “Biz İsveç və Finlandiyanın öz üzərlərinə düşəni, ev tapşırıqlarını yerinə yetirmələrini gözləyirik”.

Akar İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarlarının prezidentimiz Ərdoğana və Türkiyəyə qarşı təxribatları və İsveç polisinin “Türkiyə səfirliyi qarşısında Quran yandırılacaq” iddiası ilə nümayişə icazə verməsi ilə bağlı xəbərləri xatırladıb:

 

“Onlara qarşı hərəkətsiz qalmaq, reaksiya verməmək qəbuledilməzdir. Lazım olanı etmək və tədbir görmək mütləq lazım idi. Narazılıqlarımızı Ukrayna Müdafiə Təmas Qrupu Toplantısı çərçivəsində İsveç müdafiə naziri Consona çatdırmışıq:

“Türkiyəyə qarşı bu çirkin və iyrənc əməllər nəticəsində heç bir tədbir görülmədiyinin şahidi olduq. Ona görə də bu məqamda İsveçin müdafiə naziri Consonun yanvarın 27-də Türkiyəyə səfəri mənasızlaşıb. Odur ki, səfəri ləğv etdik”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password