Zelenskinin istədiyi silahlar göndərilir – 11 ölkədən nəhəng yardım
Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəsinə daha çox silah yardımı çağırışı ABŞ və bir sıra Avropa ölkələrindən müsbət cavab alıb.
ABŞ və Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələr yeni yardım paketləri vəd edib.
Estoniyadakı NATO hərbi bazasında toplaşan 11 ölkənin nümayəndəsi Ukraynanın gücünü artırmaq və Rusiyanın irəliləyişini dayandırmaq məqsədilə silah yardımını artırmaq qərarına gəlib. Britaniya, Polşa, Latviya, Litva, Danimarka, Çexiya, Estoniya, Hollandiya və Slovakiya əlavə dəstək vəd etdilər.
Birgə bəyanatda elan edilən yardım paketlərinə aşağıdakılar daxildir:
Britaniya: 600 “Brimstone” raketi
Danimarka: Fransa istehsalı 19 “Sezar” tipli haubitsa
Estoniya: minaatanlar, sursatlar, dəstək maşınları və tank əleyhinə qumbaraatanlar
Latviya: “Stinger” hava hücumundan müdafiə sistemləri, iki helikopter, PUA
Litva: zenit raket kompleksi və iki helikopter
Polşa: “S-60” təyyarə əleyhinə sistem və 70 000 mərmi
Çexiya: Top, minaatan və zirehli personal daşıyıcıları.
Hollandiya: Yardım paketini bu gün elan edəcək.
ABŞ Ukraynaya zirehli texnika və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla ümumi məbləği 2.5 milyard dollar olan yeni hərbi yardım paketi göndərəcək. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) paketin məzmununun təfərrüatlarını mətbuatla bölüşüb.
Paketə 59 “Bradley” piyada döyüş maşını və bu vasitələrdə istifadə edilən 590 TOW tank əleyhinə raket, 295 min 25 mm-lik mərmi, 90 “Stryker” zirehli personal daşıyıcısı, 503 minaya davamlı pusqudan qorunan texnika və 350 yüksək atəşli texnika daxildir. Həmçinin, paketə NASAMS raket sistemləri və HIMARS sistemləri üçün əlavə sursatlar və dəniz hədəflərinə qarşı istifadə edilən HARM raketlərinin daxil edildiyi bildirilib./teleqraf.com