İş zamanı ağır xəsarət alan vətəndaşı “İlk İnşaat” qanunsuz olaraq işdən niyə azad edib – MÜRACİƏT
Şamaxı rayonu, Muğanlı kəndində pasport qeydiyyatında olan və hazırda Abşeron rayonun 28 May qəsəbəsidə yaşayan, iş zamanı ağır xəsarət alan Məmmədov Arif Məhəmməd oğlu tərəfindən Prezident İlham Əliyevə, Birinci vitse-prezdenti Mehriban xanım Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, Ailə,Uşaq və Qadn problemləri üzrə Dövlət Komitəsnə, TƏBİB rəhbərinə, SOCAR prezienti Rövşən Nəcəfliyə, Mərkəi Bankın sədri Taleh Kazımova, Ombudsman Aparatının sədrinə və media orqanlarına iş zamanı aldığı ağır bədən xəsarətinə görə qanunsuz olaraq işdən azad olunması ilə bağlı şikayət məktubu ünvanlanıb.
Aktualinfo.org vətəndaş Arif Məmmədovun sözügedən müraciət məktubunu olduğu kimi diqqətinizə çatdırır. O, yazır ki:
Cənab Pezidnet yazıb Sizə bildrmək istəyiəm ki, mən SOCAR nəzdində olan H.Əliyev adına Neft Emalı zavodunun törəmə təşkiatı kim fəaliyətdə olan Türkiyənin “İlk İnşaat Tahhüt Sanayi və Ticarət Anonim Şirkəti” də 12 my 2022-ci ldən əmək müqavilə əsasında qaynaqçı işləyrəm. Bu il avqustun 20-də iş gördüyüm zaman sol əlimin üstünə 70 kq ağırlığı olan dəmir detal qəfil düşərək ağır xəsarət yetirmişdir. Nəticədə vətər damarı zədələnmiş, sümük sınmış, 3 və 4-cü barmağımın sınığı diqnozu ilə bu günə qədər müalicə alıram. Düzdür, işlədiyim şirkətin hesabına ilkin cərrahi əməliyyat “Medikal Plaza”da həyata keçirildi. Lakin təəssüflər olsun ki, əlim və barmaqlarım bükülmür. Hazıda öz hesabıma müalicəmi davam etdirirdim. Xəstəlik bülleteni açıldığna görə 2 aydırki, əmkhaqqı ödənişi almadım. İki balaca övladım və yaşlı xəstə vaideynlərim mənim himayəmdə yaşayırlar. İşlədiyim “İlk İnşaat” şirkəti bütün işçilərini “QALA” sığrota” şirkətilə sığortalatdırmışdır. Buna baxmayarq bu günə qədər aldığım ağır istehalat xəsarətinə görə heç bir sığorta ödənişi etmir və etmək də istəmir. Cavab yazılar ki, gərək əlillik dərəcəsi alasan. Bu dərəcəni də almağa pulum yoxdur. Baxmayaraq ki, işlədiyim şirkət bu barədə onlara yazılı məlumat vermişdir. Xəsarət hadisəsilə bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma getmiş, məndən izahat alıb işi məhkəməyə göndərdilər oktyabr ayıda. Məhkəmə necə yekunlaşıbsa məni bir zərəçəkən kimi dəvət etmədilər. Bir sözlə, məsələ ört basdır edildi. Lakin Ekspert həkim də təsdiq etmişdir ki, ağır xəsarət almışam xidməti iş zamanı Və mənə bildirdilər ki, sənin müalicən, dava-dərman üçün “Qala” sığorta şirkətinin borcudur ki, bunları qarşılasn. və ya birdəfəllik kompnsasiya versin. Amma bunu görmədik. Əksinə, bu ilin yanvarın 12-də məni Türkiyənin “İlk İnşaat Tahhüt Sanayi və Ticarət Anonim Şirkəti” nin kadrlar şöbəsi rəisi dəvət edərək bildirdi ki, səninlə olan müqailə vaxtı bitdiyinə görə əmrlə idən azad olunursan. Mənim yeimə və digər vakant yerlərə isə təzə işçi götürdlər.
On görə də dövlətimizin başçısına və nazir Sahil Babayevə, SOCAR prezidentinə, Türkiyənin ölkəmizdəki Büyük Elçisinə müraciət edirəm ki, iş vaxtı aldığım ağır bədən xəsarətinə görə 2 ay mülicə ounduqdn sonra yenidən 3 ay işə başalmağıma baxmayaraq məni əsassız bəhanə ilə işdən azad edib yerimə yeni işçi götürməyin ADI NƏ? Hamınızdan xahiş edirəm ki, qardaş Türkiyənin Azərbycanda fəaliyyət göstərən “İlk İnşaat Tahhüt Sanayi və Ticarət Anonim Şirkəti” filalının rəhbərinə başa salasınız ki, Azəbaycan hüquqi dövlətdir və burada hər bir vətəndaşın konstitusion hüququ Prezident tərəfindən qorunur. Belə yanaşma düzgün deyil. Hazırda iş tapmaq çox çətin olduğuna görə mənə “İlk İnşaat Tahhüt Sanayi və Ticarət Anonim Şirkəti” də dgər işlə təmin ounmağıma köməklik göstərəsiniz.
Aktualinfo.org