KOBİA tərəfindən 50 müxtəlif investisiya layihəsinin biznes qiymətləndirilməsi həyata keçirilib

 

“2022-ci ildə sahibkarların müraciətləri əsasında 6 sahə üzrə, KOBİA-nın təşəbbüsü ilə isə 1 sahə üzrə daxili bazar araşdırmaları aparılıb”.

Bunu KOBİA-da 2022-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, daxili bazar araşdırması mexanizmi çərçivəsində mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanıb:

“Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Dəstək məbləğinin maksimal məbləği 20 min manata qədərdir”.

O, agentliyin beynəlxalq əməkdaşlığı barədə də danışıb:

“2022-ci ildə KOB-lara dəstək və xidmətlər sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, yerli KOB-ların əlaqələrinin genişləndirilməsi və birgə layihələrin icrası, potensial xarici tərəfdaşların tapılması, əməkdaşlıqda maraqlı olan investorlarla yerli sahibkarlar arasında vasitəçilik etmək məqsədilə 15 ölkəyə işgüzar səfər təşkil olunub, müxtəlif tərəfdaş qurumlarla 24 sənəd imzalanıb, Agentliyin təşkilatçılığı ilə 7 beynəlxalq tədbir keçirilib, agentlik KOB sahəsində 2 beynəlxalq təşkilata üzv olub.

KOBİA tərəfindən 50 müxtəlif investisiya layihəsinin biznes qiymətləndirilməsi həyata keçirilib”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password