15 erməni əsgər Azərbaycanla sərhəddə yandı – Foto
Xəbər verildiyi kimi bu gecə, saat 01:30 radələrində Ermənistanın Göyçə mahalının Azad kəndi yaxınlığında yerləşən hərbi hissələrindən birində yanğın baş verib, nəticədə 15 əsgər ölüb, 3-ü yanıq xəsarətləri alıb.
Yanğının Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Azad kəndi ərazisində yerləşən mühəndis-istehkamçı rotasının sığınacağında olduğu bildirilir.
Ermənistan Baş Prokurorluğu Göyçə mahalının Azad kəndindəki hərbi hissədə baş verən yanğının təfərrüatını təqdim edib.
Məlumata görə, yanğın saat 01:30-da, hərbi hissənin binalarından birində sobanın benzinlə qızdırılması səbəbindən baş verib. Hadisə nəticəsində 15 çağırışçı ölüb, daha 6 çağırışçı və bir zabit bədən xəsarətlərilə Göyçə mahalının qarnizon hospitalına gecə saat 02:00 radələrində çatdırılıb.
Yanğınla mübarizə 5 saat davam edib.
Cinayət işinin materialları İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə göndərilib.
Yanğın baş verən hərbi hissə Azərbaycan sərhədinə yaxın ərazidə yerləşir.